Ali-Xəlifə bu həftə də şiələrin cümə namazına mane olub
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Ali-Xəlifə qüvvələri bu həftə də Manamanın ətrafında yerləşən İmam Sadiq (ə) məscidində şiələrin cümə namazının keçirilməsinə mane olub.
Beynəlxalq
kiv-lərə istinadən, Ali-Xəlifənin təhlükəsizlik qüvvələri cümə günü də İmam
Sadiq (ə) məscidinin imam camaatının və bəzi namazqılanların bu məscidə gəlib
çatmalarına mane olublar və namazqılanlar öz namazlarını fərdi şəkildə qılmağa
məcbur olublar.
Bəhreynin təhlükəsizlik
orqanı həmçinin İmam Sadiq (ə) məscidinin cümə namazında iştirak üçün Əldiraz məntəqəsinə
yola düşmüş vətəndaşların bir neçəsini həbs edib.
Ayətullah İsa
Qasimin mənzilinin yerləşdiyi Əldiraz məntəqəsi üç aya yaxındır ki, Ali-Xəlifə
qüvvələri tərəfindən mühasirə olunub və orada şiələrin cümə namazının
qılınmasına maneçilik törədilir./Maide