Obama Səudiyyə Ərəbistanına zidd olan qanuna veto qoydu
Posted on : qafqaz 10/16/2017 1:00:15 PM
ABŞ prezidenti Barak Obama 11 sentyabr qurbanları ailələrinin Səudiyyə rejimini məhkəməyə vermək barədə ABŞ qanunverici orqanının qəbul etdiyi sənədə veto qoyub.
“Associated
Press”-ə istinadən, bu sənəd Konqresdə Demokratlar və Respublikaçıların dəstəyi
ilə qəbul olunmuşdu.
Bu sənəd ilk
öncə may ayında ABŞ senatı tərəfindən təsdiq
olunmuşdu və ABŞ nümayəndələri
11 sentybar öncəsi sənədi təsdiqlədilər.
ABŞ prezidenti sənədi veto
etməsi ilə bağlı bəyanat yayıb və
deyib ki, mən 11 sentybar hadisəsi
qurbanlarının ailələrinin dərdinə şərikəm
ama onların ədaləti icra etmələrini
dəstəkləyirəm.Lakin bu sənəd ABŞ mənafeyinə ziyan vuracaq.
Qeyd edək ki, rəsmi
pentaqon, avqust ayının 9-da Səudiyyə Ərəbistanına 1,15 milyard dollarlıq 130
tank, 20 zirehli maşın və digər avadanlıq satmışdı.Bir neçə gün öncə isə ABŞ
senatı, prezident Obama rəhbərliyinin, Səudiyyə Ərəbistanına bir milyard
dollardan artıq tank və silah satışı layihəsini təsdiq edib.
Xatırladaq ki,
təcavüzkar Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri, 2015-ci
ilin mart ayından bəri Yəmənə hava hücumları təşkil edir.
BMT-nin yaydığı
hesabata görə, hücumlarda minlərlə dinc sakin dünyasını dəyişib. Səudiyyə
rejiminin Amerikadan aldığı müasir silahlarla Yəmən müsəlman xalqına hər gün
hava hücumları təşkil edir. İndiyə qədər bu hücumlarda 7 mindən çox dinc sakin
ölüb, on minlərlə insan yaralanıb. Ölənlərin əksəriyyəti qadınlar və körpə uşaqlardır.
Səudiyyə Ərəbistanının
rejiminin müdafiəsiz Yəmən xalqına qarşı bu silahlardan istifadə etməsinə
baxmayaraq, Amerika senatı bu ölkəyə yenidən silah satılmasını təsdiq edib.