Peyğəmbər ənənəsində imam Hüseyn əleyhissalam əzadarlığı sünni qaynaqlarında (1_ci hissə)
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Peyğəmbər ənənəsində imam Hüseyn əleyhissalam əzadarlığı sünni qaynaqlarında (1_ci hissə)
Tashaio.com xəbər verir ki, Peyğəmbərin imam Hüseyn əleyhissalama həddən ziyadə
məhəbbət və hörməti bir çoxlarını heyrətə salmışdır. Onlar daima özlərinə belə
bir sual verirlər ki, niyə Peyğəbər camaatın gözü qarşısında öz nəvəsini həddindən
artıq öpür, bağrına basır və sığallayırdı? Görəsən bu davranış məhz atifi
xarakter daşıyırdı və bir baba kimi öz hissiyyatını nümayiş etdirirdi? Yoxsa bu
nümayişin arxasında nəsə bir məqsəd vardı? Bu sualın cavabını Allah Peyğəmbərinin
peyğəmbər ənənəsi adlanan davranışından və əməllərindən almaq olar.
Allahın peyğəmbəri
oğlu Hüseynin təvəllüdünün ilk günlərində ağlayırdı.
Müstədrəkül-Səhiheyn,
İbn-Əsakir tarixi, Məqtəl-Xarəzmi və digər əsərlərdə Ümmül-Fəzl bintül-Harisdən
belə nəql olunmuşdur: Haris qızı Ümmülfəzl Peyğəmbərin qulluğuna yetişərək
dedi: Ey Allahın peyğəmbəri çox pis yuxu gördüm. Nə gördün? Deyə həzrət
soruşdu. O, cavab verdi: pis yuxu idi. Sanki bədəninin bir hissəsini ayırıb mənim
qucağıma qoydun. Peyğəmbər (s), xeyirdir, inşalla Fatimə bir uşaq dünyaya gətirəcək
və sənin qucağına quyacaq, dedi. Bir müddətdən sonra Fatimə Hüseyni dünyaya gətirdi
və Peyğəmbərin dediyi kimi mənim qucağıma verdilər. Nəhayət bir gün Peyğəmbərin
qulluğuna yetişib Hseyni onun qucağına verdim. Həzrət, mənə mərhəmət göstərdi və
gözləri yaşla doldu. Ey Allahın peyğəmbəri, atam, anam sənə qurban, sənə nə
oldu? Həzrət dedi: Cəbrail əleyhissalat vəssalam gəlib xəbər verdi ki, çox keçmədən
ümmətim bu oğlumu öldürər. Elə bu Hüseynimi? deyə soruşdum. Dedi: elədir. Bu da
Kərbəla diyarının türbəti. Hakim bu hədisi nəql etdikdən sonra deyir: bu hədisi
iki şeyx (Buxari və Müslim) təsdiq edir. Lakin o iki nəfər o rəvayətləri
yazmamışlar (müstədrəküssəhiheyn, cild 3, səhi. 176, xülasəsi 179-cu səhifədə-
Şam tarixi, imam Hüseyn (ə) haqqında: səh. 183, rəqəm 232- məcməüzzəvaid, cild
9, səh. 179- Xarəzmi məqtəli, cild 1, səh. 159 və digər ifadə ilə, səh. 162-
İbni-Kəsirin tarixi, cild 6, səh. 230, cild 8, səh. 199-da da işarə edilmişdir.
Əmali Əl-Səcəri, səh. 184. Həm də bax, İbni-Səbbağ Maliki, Əl-füsulülmühimmə, səh
154- Əlrovzün-Nəzir, cild 1, səh. 89- Əl-Səvaiq, səh. 115- Kənzül-ümmal, qədim
çap, cild 6, səh. 223- Əl-Xəsaisülkübra, cild 2).