header

 Azərbaycanın ardınca Küveytdə də əzadarlıq mərasimləri yasaqlandı

Azərbaycan Respublikasında əzadarlığın qadağan olunmasının ardınca Küveytin vəhabi dövləti də vəhabi müftilərinin istəyi ilə əzadarlığın küçə və xiyabanlarda keçirilməsini yasaqlayıb

Tashaio.com xəbər verir ki, Küveyt Daxili İşlər Nazirliyi ölkənin şiələrindən istəyib ki, Məhərrəm ayına aid əzadarlıq mərasimlərini küçələrdə təşkil etməkdən çəkinsinlər.

 

Bir sıra hüseyniyyə rəhbərləri bildiriblər ki, DİN terror hadisələrinin qarşısını almaq məqsədilə təhlükəsizlik planları icra edir və ona görə də küçələrdə əzadarlıq keçirməyəcəklər. Digər tərəfdən Küveytin “Ər-Rəy” qəzeti yazıb ki, DİN-in nümayəndəsi general Süleyman Fahd terror hadisələrinin qarşısını almaq üçün küçədə əzadarlığın keçirilməsi qadağan olduğunu və heç kimin bu göstərişdən boyun qaçırmağa icazəsi olmadığını deyib. Fahd vurğulayıb: “Ötən il vətəndaşlarınəməkdaşlığı sayəsində təhlükəsizlik planlarını uğurla həyata keçirdik”.

 

2011-ci ildə əhalinin siyahıya alınması statistikasına görə şiələr Küveyt əhalisinin 30 faizini təşkil edir. Ötən il İmam Sadiq (ə) məscidində törədilən terror hadisəsində 26 nəfər şəhid oldu. Ona görə də dövlət məsulları ibadət mərkəzlərinin, hətta kilsələrin təhlükəsizliyini təmin etmək üçün sərt tədbirlər həyata keçirirlər.

 

Qeyd edək ki, general Fahd Səudiyyə Ərəbistanı ilə yaxın münasibətləri ilə tanınır. Bəzi xəbərlərə görə S. Ərəbistanı və Küveyt təhlükəsizlik orqanlarının rəhbərləri bu ölkədə şiələrə məhdudiyyətlər yaratmaq üçün razılığa gəliblər.

Azərbaycan Respublikasında əzadarlığın qadağan olunmasının ardınca Küveytin vəhabi dövləti də vəhabi müftilərinin istəyi ilə əzadarlığın küçə və xiyabanlarda keçirilməsini yasaqlayıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap