Nigeriyada Şeyx Zəkzakiyə azadlıq tələbi ilə etiraz aksiyası keçirilib-FOTO
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
paytaxt Ebucada xalq küçələrə axışaraq, Nigeriya İslami Hərəkatının rəhbəri və İslam alimi Şeyx Zakzakinin sərbəst buraxılmasını tələb edib
Aksiya üçün ölkənin müxtəlif bölgələrindən
gələn Əhli-beyt aşiqləri və şiələrdən
ibarət qrup paytaxtdakı İnsan Haqları Bürosunun qarşısında toplaşıb.
Hərəkat bundan əvvəl də 1 ilə yaxındır məhkum olan və
görüşülməyə izn verilməyən Şeyx Zəkzakinin
həbsxananın pis şəraiti səbəbi ilə həlak ola biləcəyi barədə
narahatçılıqlarını dilə gətirmişdi.
Digər tərəfdən Nigeriya polisi
aksiya iştirakçılarına sərt müdaxilə edib. Qarşıdurmalar nəticəsində bir çox
insan yaralanıb, bəzi etirazçılar isə saxlanılıblar.
Xatırladaq ki, 2015-ci ilin 13
dekabrında polis Baqiyətullah Hüseyniyəsinə
və Şeyx Zəkzakinin evinə hücum edərək, təqribən 2000 nəfəri öldürmüşdü. Bundan
sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Həbsxananın pis şəraiti
ilə əlaqədar Şeyxin bir gözünün itirildiyi deyilir.