Suriya ordusu Hələbin azad edilməsi üçün yeni əməliyyata başladı
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Suriyanın Müdafiə Nazirliyi bu ölkə ordusunun Hələbi terrorçuların işğalından azad etmək üçün yeni əməliyyata başlamasından xəbər verib.
Əl-Aləm kanalının verdiyi məlumata
görə, Suriyanın Müdafiə Nazirliyi cümə günü Hələb şəhərində terrorçular əleyhinə
əməliyyatın başlanmasından sonra şəhər sakinlərindən terrorçuların mövqelərinə
yaxınlaşmamalarını istəyib.
Suriya ordusunun hərbi əməliyyat
komandanlığı da bildirib ki, Hələb sakinlərinin istəklərinin təmin edilməsi
üçün bir sıra asanlaşdırıcı tədbirlər nəzərdə tutulub.
Bu arada suriya ordusunun qırıcı təyyarələri
Hələbdə terrorçuların mövqelərini artıq iki gündür ki, intensiv qaydada bombalayırlar.
Terrorçuların tələfatı ilə bağlı hələ
ki, heç bir məlumat daxil olmayıb.
Hələb şəhərində olan terrorçular isə
hazırda Suriya ordusunun tam mühasirəsindədir.