Mina faciəsi Ali-Səud üçün əbədi bir rüsvayçılıqdır
Posted on : iran 10/16/2017 1:00:15 PM
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mina faciəsini Ali-Səud rejimi üçün əbədi rüsvayçılıq adlandırıb.
İRİB-nin verdiyi məlumata görə, Əli
Şəmxani cümə axşamı Tehranda deyib: Mina Faciəsi və Allah evi zəvvarlarından
onlarla nəfərin vəhy diyarında şəhid olması heç vaxt unudulmayacaq bir
rüsvayçılıqdır.
Şəmxani əlavə edib: Ərəbistan dövlətinin
rəftarı və hadisə qurbanlarının ailələrindən üzr istəməməsi, faciəyə səbəb
olanların kimliyinin müəyyən edilməsi və cəzalandırılmasına əhəmiyyət göstərməməsi
hakim dairənin bu faciədə rolu barədə şübhələri artırmış olur.
İnqilab Rəhbərinin İranın Ali Milli
Təhlükəsizlik Şurasındakı nümayəndəsi həmçinin, Qərbin Ərəbistan rejimini hərtərəfli
formada dəstəkləməsini və insan faciələri ilə qarşılaşdıqda ikili rəftar etməsini
Ali-Səudun cinayətlərinin artmasına səbəb olan amil adlandırıb.
İranın Ali Milli Təhlükəsizlik
Şurasının katibi əlavə edib: Yəmən, Suriya və İraqda törədilən cinayətlər və
müsəlman qırğınlarının arxasında Ali-Səud dayanır. Ali-Səud Qərb və İsrailin
regiondakı strateji şəriki və müttəfiqi olduğu üçün bu rejimin cinayətlərinə
göz yumulur. Bu isə ABŞ və Qərbin insan haqları ilə bağlı bütün iddialarının
yalan olduğunu ortaya qoyur.
464-ü iranlı olmaqla minlərlə zəvvar
24 sentyabr 2015-ci ildə Minada həcc mərasimi zamanı Ali-Səud rejiminin səhlənkarlığı
və ləyaqətsizliyi üzündən həyatını itirdi.