header

 Ərdoğan: ABŞ-ın kürdlərə göndərdiyi silahların yarısı İŞİD-ə çatıb

"Biz Obamanı bu haqda xəbərdar etmişdik, lakin..."

"Anadolu" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ-ın üç gün öncə Suriya kürdlərinin özünümüdafiə qüvvələrinə göndərdiyi silahların yarısı İŞİD terror təşkilatı silahlılarının əllərinə keçib.

 

"İçərisində suriyalı kürdlər üçün nəzərdə tutulmuş ABŞ silahları olan 3 təyyarə üç gün öncə Suriyanın Kobani şəhərində enib. Bu silahların yarısı İŞİD terrorçularının əlinə keçib. Biz Barak Obamanı oxşar hal haqda xəbərdar etmişdik, lakin onlara bunu sübut edə bilmədik. Təəssüf ki, artıq onlar da həmin oyunları oynayırlar. Lakin bu konkret nəticələrə gətirib çıxarmayacaq, ancaq Suriyadakı günahsız qantökmə davam edəcək.", - deyə Ərdoğan ABŞ səfəri çərçivəsində bildirib.

 

Onun sözlərinə görə, Ankaraya Vaşinqtonun hansı səbəblərə görə suriyalı kürdlərin Demokratik İttifaq Partiyasını və Suriyalı kürdlərin özünümüdafiə qüvvələrini dəstəklədiyini anlamaq çətindir. Qeyd edək ki, Türkiyə adı çəkilən təşkilatları PKK ilə əlaqəli terror təşkilatları hesab edir.

 

"Bizə deyirlər ki, onlar İŞİD-lə döyüşürlər. Məgər "Nusra Cəbhəsi" də İŞİD-lə mübarizə aparmır? O zaman nəyə görə "Nusra"nı dəstəkləmirsiniz və onları terror təşkilatları siyahısına daxil etmisiniz? Bəs məntiq haradadır? Nəyə görə siz Ankaranın terrorçu hesab etdiklərini terrorçu adlandırmırsınız?", - deyə Ərdoğan bildirib./ İslamazeri

"Biz Obamanı bu haqda xəbərdar etmişdik, lakin..."
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap