header

 ''Nardaran işi'': Məhkəmədə şüarlar səsləndirilib

Hakim vəkillərdən Vəkillər Kollegiyasına şikayət edəcək

Sentyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin məhkəmə prosesi keçirilib.

 

Meydan TV-nin məlumatına görə, iclasda vəkil Yalçın İmanov Abbas Hüseynovun prosesdə iştirakının təmin olunması barədə vəsatət verib. Vəkil bildirib ki, əks halda şahidlərin dindirilməsində iştirak etməyəcəklər. Digər vəkillər və təqsirləndirilənlər vəsatəti müdafiə ediblər. Prokuror Nəsib Bayramov isə bildirib ki, təqsirləndirilən şəxslər məhkəmənin xəbərdarlığına məhəl qoymurlar. Prokuror bildirib ki, vəkillərin vəsatəti süründürməçiliyə xidmət edir. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra təqsirləndirilən şəxslər "İstefa", "Azadlıq" şüarları səsləndiriblər.

 

Vəkillər müdafiə etdikləri şəxslərlə məsləhətləşiblər. Onlar vəkillərdən tələb ediblər ki, Abbas Hüseynovun iştirakı təmin olunmasa şahidlərin dindirilməsində vəkillər iştirak etməsin.

 

Hakim prosesi sentyabrın 28-nə təxirə salıb və vəkillər haqqında Vəkillər Kollegiyasına şikayət edəcəyini deyib. / İslamazeri

Hakim vəkillərdən Vəkillər Kollegiyasına şikayət edəcək
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap