İmamHüseynin (ə) Müaviyənin hökumətinə qarşı mübarizəsi
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Qeyd etdiyimiz maneələrin heç biri İmam əleyhissəlamın Müaviyənin saysız-hesabsız bid’ətlərinə və zülmlərinə qarşı sükut etməsinə mane olmurdu.
Qeyd etdiyimiz maneələrin
heç biri İmam əleyhissəlamın Müaviyənin saysız-hesabsız bid’ətlərinə və zülmlərinə
qarşı sükut etməsinə mane olmurdu.
İmam Hüseyn (əleyhissəlam) heç kəsin e’tiraz etməyə cür’əti olmadığı bir
dövrdə ayağa qalxıb bacardığı qədər Müaviyənin zülmlərinə qarşı mübarizə
aparırdı. İndi İmam Hüseyn əleyhissəlamın Müaviyə ilə apardığı mübarizələrdən
üçünü araşdırmağa başlayırıq.
1) E’tirazlı məktublar və çıxışlar
İmam Hüseyn əleyhissəlamın Müaviyə ilə həmzaman olduğu on il İmamət dövründə
onunla Müaviyə arasında bir çox məktublaşmalar olmuşdur. Bu da İmam Hüseyn əleyhissəlamın
Müaviyənin müqabilində tutduğu inqilabi və möhkəm mövqeyinin nişanəsidir. İmam
(əleyhissəlam) Müaviyənin İslam dininə zidd olan hər hansı bir hərəkətindən sonra
onu möhkəm danlayır, tənqid edir və həmən işə öz e’tirazını bildirirdi. Bu
işlərin ən əsasından biri Yezidin vəliəhdliyi idi.
Yezidin vəliəhdliyinə qarşı mübarizə
Müaviyə Yezidi vəliəhd tə’yin etmək məqsədi ilə irəli sürdüyü siyasəti
davam etdirərək Mədinə şəhərinin camaatından, xüsusən də, başda İmam Hüseyn (əleyhissəlam) olmaqla şəhərin
adlı-sanlı şəxsiyyətlərindən Yezid üçün bey’ət almaq məqsədi ilə Mədinə şəhərinə
gəldi. Müaviyə Mədinəyə gəldikdən sonra İmam Hüseyn (əleyhissəlam) və Abdullah
ibn Abbasla görüşüb söhbət əsnasında Yezidin vəliəhdliyi məsələsini ortaya
atdı. O, çalışırdı ki, onları bu işə razı salsın. İmam Hüseyn (əleyhissəlam)
Müaviyənin bu sözü qarşısında bir müqəddimə (ön söz) qeyd etdikdən sonra sözə
belə başladı:
«Sən özünü üstün tutmaqla ifrata düçar olmusan. Camaatın ümumi malını qəsb
etməklə zülm etmisən! Sən camaatın malını onların özlərinə qaytarmaqdan çəkindin
və bu işdə xəsislik etdin. Açıq-aşkar o qədər qarətlər etdin ki, öz həddini aşdın. Haqq sahiblərinin haqqını özlərinə
qaytarmadığın üçün Şeytan (səni yoldan çıxarmaqda) öz arzusuna çatdı. Yezid
üçün saydığın fəzilətləri və İslam ümmətini idarə etmək üçün qeyd etdiyin ləyaqətləri
başa düşdüm. Sən camaata elə adamı tanıtdırmaq istəyirsən ki, elə bil camaat onun həyat sabiqəsini tanımır. Sanki,
burada olmayan bir nəfərdən xəbər verirsən ki, camaat onu görməyib. Elə bil ki, onu ancaq sən tanıyırsan. Xeyr, Yezid öz batinini açıb aşkar etmişdir. Yezidi olduğu
kimi tanıtdır. Yezid itbaz, quşbaz və keyf adamıdır. O, ömrünü çalmaq, oxumaq və əyyaşlıqla keçirir. Yezidi bu cür tanıtdır.
Bu boş təbliğlərini kənara qoy! Bu ümmətin müqabilində boynuna yığdığın öz
günahların bəsdir. Elə bir iş görmə ki, Allah qarşısında günahların bundan da ağır olsun. Sən
o qədər öz batil və zülm yoluna davam edib ağılsızlıq, düşüncəsizlik üzündən zülmlər etdin ki, artıq camaatın səbr kasasını doldurmusan. İndi səninlə
ölüm arasında bir göz qırpımından artıq vaxt qalmayıb. Bunu bil ki, sənin bütün əməllərin Allah yanında qorunub saxlanır və
sən onlardan ötrü cavab verməli olacaqsan.»