header

 ABŞ-da polis əleyhinə etirazlar davam edir - Video

ABŞ-da polis əleyhinə etirazlar davam edir - Video

Amerika Birləşmiş Ştatlarının Şimali Karolina ştatının Şarlott şəhərində bir afro-amerikalının vurulmasından sonra polis və etirazçılar arasında baş verən gərginlik davam edir.

 

Aksiyaların ikinci günündə bir etirazçı atəş nəticəsində ağır yaralanıb.

 

Bələdiyyə sədri Cennifer Roberts sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada polisin nümayişçilərə qarşı silah işlətmədiyini, başqa bir vətəndaşın açdığı atəş nəticəsində bu adamın ağır yaralandığını bildirib.

 

Qəzəbli qrup dünən olduğu kimi, bu gün də 43 yaşlı Keyt Lamond Skotun polis tərəfindən öldürülməsinə etiraz edib. Polis butulka və daşla özünə hücum edən nümayişçiləri təzyiqli su və gözyaşardıcı qazla dağıdıb.

 

Bu arada baş verən hadisələrdən sonra şəhərdə fövqəladə vəziyyət elan edilib. Polis vurularaq öldürülən adamın silahlı olduğunu, etirazçılar isə bunun doğru olmadığını iddia edir.


 



ABŞ-da polis əleyhinə etirazlar davam edir - Video
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap