İraq Fars Körfəzi Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin bəyanatına reaksiya verib
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
İraq Xarici İşlər Nazirliyi çərşənbə günü bir bəyanat verərək Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin iclasının bəyanatına reaksiya verib.
Mehr
İnformasiya Agentliyinin məlumatına görə, İraq Xarici İşlər Nazirliyi bu bəyanatda
Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri iclasının
bəyanatının könüllü qüvvələr barəsindəki bəzi müddəalarını sərt tənqid edərək
İraqın xalq qüvvələri olmadığı halda İŞİD-in bu ölkələrə daxil olması barədə xəbərdarlıq
edib.
Bu bəyanatda
bildirilir: Fars Körfəzi Əməkdaşlıq Şurasının bəyanatı İraq barəsində şişirtmələrdən
ibarətdir və İraqın daxili proseslərinə real baxışın olmadığını və məntiq və
reallıqdan uzaq olduğunu göstərir.
İraq XİN
bildirib: Əgər könüllü qüvvələr olmasaydı, bütün İŞİD terrorçuları terrorizmə
qarşı könüllü qüvvələrin şücaətini inkar edən bir çox ölkənin ərazisində idilər.
Bu ölkələr xalq qüvvələri tərkibində İŞİD əleyhinə döyüşən çoxlu sayda İraq vətəndaşının
şücaətini görməməzliyə vururlar.