Ruhani: Nüvə anlaşması beynəlxalq səhnədə ixtilaf yerinə əməkdaşlıq simvoludur
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
İran İslam Respublikası prezidenti Əhatəli Müştərək Təşəbbüs Proqramını beynəlxalq səhnədə ixtilaf yerinə dialoq və əməkdaşlıq simvolu adlandırıb.
İran Prezident
Aparatı İnformasiya portalının məlumatına görə, Həsən Ruhani çərşənbə günü BMT
Baş Assambleyasının 71-ci iclasının kənarında BMT baş katibi Ban Ki Munla
görüşüb.
Görüşdə İran
prezidenti deyib: Hamının, xüsusilə bu təşkilatın katibliyinin vəzifəsi, nüvə
anlaşmasının qorunması və gücləndirilməsidir. Bu məsələ baş katibin 2231 saylı
qətnamənin icra prosesində baş katibin hesabatlarının real, müstəqil olmasını və
əməkdaşlıqların güclənməsinə səbəb olmasını tələb edir.
Ruhani sözlərinin
digər bir hissəsində Yaxın Şərqin önəmli məsələləri, xüsusilə də Suriya və Yəmən
məsələlərinə toxunub və deyib: Yəməndə hərbi hücumların davam etməsi və müharibə
cinayətlərinin törədilməsi çox nigaranedicidir. Və beynəlxalq konvensiyalar
davamlı şəkildə pozulur.
Ruhani əlavə
edib: Yəmən xalqına qarşı müharibə əsassız və bütün qaydalara zidd olaraq
başlanıb. Uşaq və qadınların bombardman edilməsi ilə davam edib. Beynəlxalq təşkilatların
əksəriyyəti təsdiqləyir ki, burada müharibə cinayətləri törədilib.
İran prezidenti
Suriya məsələsində Tehranın konstruktiv rolun davam etdirilməsinə hazır
olduğunu bildirərək deyib: Terrorizmlə mübarizə prosesində əsas məsələ ölkəklərin
hakimiyyəti və ərazi bütövlüyünün qorunmasıdır və hazırkı şəraitdə insani məsələlər
Suriyada prioritetlərin başında durur.
Ban Ki Mun da
bu görüşdə Surya və Yəmən böhranları üçün davamlı həll yolunun tapılmasının
vacibliyini vurğulayıb və bu böhranların həlli istiqamətində İran İslam
Respublikasının əlavə dəstəklərini istəyib.