header

 İranın cənubunda 2 pakistanlı terrorçu həbs edilib

Sepah-ın Kəşfiyyat Təşkilatı qüvvələrinin səyi ilə Sistan və Bəluçestan əyalətində 2 pakistanlı terrorçu həbs edilib. Terrorçuların üzərindən silah və hərbi sursat götürülüb.

İRNA-nın məlumatına görə, Sepah-ın Kəşfiyyat Mərkəzinin ictimai əlaqələr şöbəsi bildirib: "Məntəqənin nəzarət altında saxlanılması və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsinin ardınca Sepah-ın kəşfiyyat qüvvələri Sistan və Bəluçestanda 2 terrorçunun İran ərazisinə daxil olmasından agah olaraq, məsələnin əhəmiyyətini nəzərə alaraq, dərhal həmin şəxslərin kimliyinin müəyyən və həbs edilməsi üçün bölgəyə xüsusi dəst göndərildi.

 

Bu məlumata görə, Sepah-ın məntəqəyə tam nəzarətə malik olmasına görə, bu iki terrorçu hər hansı bir hərəkətə əl atmamış Kəllə Gan məntəqəsində həyata keçirilən xüsusi əməliyyat nəticəsind həbs edilib.

 

Bu iki terrorçunun həbs edilməsindən sonra onların əslən Pakistanlı olduğu aydınlaşıb. Bu iki terrorçu İslam Respublikası quruluşu ilə düşmən olan bir terror dəstəsinin üzvləri olublar. Onlar İranda təxribat törətmək və insanlar arasında qorxu hissi yaratmaq üçün İrana daxil olublar.

 

Bu şəxslərin sığınacaqlarına baxış keçirilərkən, partladılmağa hazır vəziyyətdə olan 2 bomba aşkar edilib. Bu bombalar əhalinin sıx olduğu məntəqələrdə partladılacaqmış.

 

Bu iki terrorçu istintaq zamanı İranda təxribat törətmək niyyətində olduqlarını etiraf ediblər.

Sepah-ın Kəşfiyyat Təşkilatı qüvvələrinin səyi ilə Sistan və Bəluçestan əyalətində 2 pakistanlı terrorçu həbs edilib. Terrorçuların üzərindən silah və hərbi sursat götürülüb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap