Gənc xanım Səhiyyə Nazirliyinin qarşısında üsyan etdi
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Uzun müddət nazirliyin səlahiyyətli şəxsləri ilə görüş tələb edən gənc ananın üzünə qapılar bağlanıb.
24saat.org-a
istinadən, dünən (20.09.2016) Səhiyyə Nazirliyinin qarşısında qaraciyər
serrozundan əziyyət çəkən və 5 ildir dövlətin biganəliyi üzündən müalicə ala
bilməyən 26 yaşlı Həmzəyeva Nahidə təkbaşına aksiya keçirib. Uzun müddət
nazirliyin səlahiyyətli şəxsləri ilə görüş tələb edən gənc ananın üzünə qapılar
bağlanıb. Lakin yaşamaq uğrunda Səhiyyə Nazirliyi ilə savaşan N. Həmzəyeva anidən
nazirliyin həyətinə daxil ola bilib. Lakin onun binaya daxil olmasının qarşısı
təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən kobudluqla alınıb.
Baş verən hadisələr
anbaan lentə alınıb. Heç bir əlavə şərh olmadan yaşanan həyat dramını və
yetkili qurumun biganəliyini təqdim edirik: