header

 Qarabağ əlilləri Vəkillər Kollegiyasının və “Əmrahbank”ın ofisi qarşısında aksiya keçirəcək

Dələduzluqla əmlakların göz dikdiklərinə görə...

Ölkədə ən geniş yayılmış cinayət növünün dələduzluq olması gündəmi işğal edən xəbərlərdən də bilinir. Bu dələduzluq növünün artıq məhkəmələrə ayaq açması da faktdır. Özəlliklə, əmlakla bağlı dələduzluq hallarının məhkəmədə qanuni qüvvəsini alması faktları da yetərincədir. Belə dələduzluqla Qarabağ əlillərinin üzləşməsindən, onlara aid olmayan mübahisə üzrə əmlaklarına, sahibkarlıq subyektlərinə – “Galenvagen” avtomobillərinə məhkəmə yolu ilə yiyələnmək çabasından söz açmışıq. Toplumun, basının aktiv yardımı ilə bu faktdan ölkənin və hökumətin üzvləri xəbər tutub, nəzarətə götürdüklərindən Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədov 22.07.2016 tarixli qətnamə ilə maşını 7-ci alan Qarabağ əlillərinə qarşı iddianı rədd etdi.

 


Amma iddiaçı Şahlar Abdullayev Vəkillər Kollegiyasının 1 saylı kontorunun vəkili Tofiq Aslanovla birləşib mübahisəyə heç bir aidliyi olmayan Qarabağ əlillərinə qarşı apelyasiya şikayəti veriblər. Deyə bilərsiniz ki, bu onların hüququdur. Amma məhkəmənin də hüququdur ki, iddia müddəti keçdiyinə, iddia ona cavab verməli olmayan şəxslərə qarşı qaldırıldığına, əsas cavabdeh bank olduğu halda ona müraciət edilməsi barədə sənəd təqdim edilmədiyinə, əsassız iddia qaldırdığına görə iddia tərəfini cərimələsin və cavabdeh Qarabağ əlillərini cavbdehlikdən çıxarsın. Fikir verin: 7 il qabaq iddiaçı lizinqlə “Əmrahbank”dan 200 minlik “Galenvagen” maşını aldığını, 1 il sonra bu bahalı maşını özbaşına qoyub getdiyini bildirir və 7 ildən sonra maşını 7-ci alan Qarabağ əlillərini də cavabdeh etməklə banka qarşı bankın digər maşını alan şəxslə müqaviləsinin etibarsız sayılmasını tələb edir. Özü də məhkəməyə heç bir ödəniş qəbzi, müqavilə, yaxud surətini təqdim etmədən. İddiaçı bunu belə əsaslandırıb ki, həmin müqavilə və qəbzləri bank ondan alıb. Belə şeyin nağıllarda olması gizlin deyil. Necə yəni, 200 minlik maşının nə müqaviləsi, nə də ödəniş qəbzləri elə-belə banka verilir? İstənilən halda bu mübahisənin, tələbin maşını 7-ci alan əlillərə nə aidliyi var? Axı əlillər maşını bankdan yox, 7-ci adamdan pulunu ödəməklə alıblar. Özü də rəsmi sənədlərlə. Vəkil Tofiq Aslanov iddianı “peşəkarcasına” elə yazıb ki, iddia təmin olunsa belə əsas cavabdeh “Əmrahbank”, BDYPİ heç bir şey itirmir. Bankın pulunu Şahlar Abdullayev ödədi, ya başqası, bundan o nə itirə bilər ki? BDYPİ bu nömrəni verməsin, o birini versin, nə itirir? İtirən bu mübahisəyə aidliyi olmayan, maşını 7-ci alan Qarabağ əlilləridir. Vəkil etik qaydanı da pozaraq mübahisəyə aidliyi olmayan Akif Çovdarovun da adını hallandırıb, mətbuatda yazı ilə çıxış edib. “Əmrahbank”ın AZADLIQ filialının müdiri Nigar Hacıyevanın da rolu az deyil. Bu müdir 2014-cü ilin dekabrında maşını bankdan Ş.Abdullayevdən sonra alan Cahangir Hüseynova, bir il sonra 2015-in dekabrında isə Şahlar Abdullayevin vəkilinə arayış verib ki, borcları yoxdur. Bunlar da bu saxta arayışı əsas tutub, C.Hüseynovu cavabdeh etməkdənsə, maşını 7-ci alan şəxsləri cavabdeh ediblər. Heç C.Hüseynovun adını da çəkmirlər. Axı onun maşını iddiaçının lizinq borcunu ödəyərək alması üzə çıxacaq! Bankın 3-5 manat qarşılığında belə arayış verməsi də adi hal alıb. Bu arayışı almaq vəkilin əlində nədir ki? Sosial yardım və ya kredit götürməyə belə arayışlar tələb olunur. Bunlar da çox güman, bankın müdirini belə aldadıb, tamahına qurban veriblər.
Yəqin ki, maşını 7-ci alan Qarabağ əlillərinin bu mübahisəyə, dələduzluğa aidliyi olmaması açıq-aşkardır. Sadəcə, “peşəkarlıqla” əlilləri məhkəmə ilə şantaj edib pul qazanmaq istəyirlər. Apelyasiya şikayətinə hakim Vüqar Həsənovun sədrliyi ilə 27.09.2016-da baxılacaq. Qarabağ əlilləri isə BŞİH-ə VK-nın və “Əmrahbank”ın qarşısında aksiya keçirmək barədə müraciət ünvanlayıblar. 27 sentyabrda Qarabağ əlillərinin Bakı AM-də “dincələcəyi” şübhəsizdir. Dələduzluqla əmlaklarına həbs seçilməsi qorxusu zavallı əlilləri sağlamlıq ocaqlarından məhkəmə salonlarına yönləndirib.(azadliq.info)

Dələduzluqla əmlakların göz dikdiklərinə görə...
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap