İran və Türkiyə prezidentləri Nyu-Yorkda görüşüblər
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
İran və Türkiyə prezidentləri regional böhranların həllinə. Suriya və İraqda terrorizm ilə mübarizəyə təkid ediblər.
İran İslam
Respublikası prezidenti Həsən Ruhani Nyu-Yorkda türkiyəli həmkarı Rəcəb Tayyib
Ərdoğan ilə görüşdə İranın daim dost ölkə olan Türkiyənin kənarında
dayanacağını deyərək, vurğulayıb: Tehran Ankara ilə əlaqələrini bütün sahələr
üzrə genişləndirməyə hazırdır.
İRİB-nin
verdiyi məlumata görə, İran prezidenti Türkiyədə dövlət əleyhinə çevriliş cəhdinə
işarə edərək, deyib: Türkiyədə xalqın rəyi ilə iqtidara gəlmiş dövlət əleyhinə
çevriliş cəhdi son dərəcə narahatlıq doğuran bir məsələ idi və İran elə ilk
andan Türkiyədə sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün bütün
imkanlarını səfərbər etdi.
İran prezidenti
Türkiyədə dövlət çevrilişinə cəhdin bəzi ölkələr tərəfindən məntəqə əleyhinə
cızlmış planın davamı adlandırıb və deyib: Heç şübhəsiz birgə səy və əməkdaşlıq
ilə düşmənin cızdığı planın qarşısını almaq olar.
Ruhani həmçinin,
terrorizmi bütün region ölkələri üçün ciddi təhdid adlandırıb və deyib: İran və
Türkiyə terrorizm ilə mübarizədə, xüsusi ilə Suriya və İraqda sabitlik və təhlükəsizliyin
təmin edilməsində təsirli rola malik ola bilərlər.
Türkiyə
prezidenti də bu görüşdə İran xalqı və dövlətinə dövlət çevrilişinə cəhd zamanı
Türkiyəyə verdiyi dəstəyə görə təşəkkür edib və İranın Türkiyəyə olan dəstəyinin
davam edəcəyindən əmin olduğunu bildirib.