İranda hərbi parad keçirilir -VİDEO
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
İranda "Müqəddəs Müdafiə" həftəsi münasibətilə bu gün hərbi parad keçirilir.
Hərbi parad
İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru
Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilir.
Məlumatda
bildirilir ki, paradın keçirilməsində məqsəd İranın hərbi sahədə gücünün
nümayiş etdirilməsidir.
Parad, paytaxt
Tehranla yanaşı həmçinin İranın bütün şəhərlərində də təşkil olunur.
Qeyd olunur ki,
parad Tehranda İslam İnqilabının banisi Ayətullah Xomeyninin məqbərəsi önündə təşkil
olunur. Paradı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi , yüksək hərbi və
mülki rəsmiləri və Tehranda olan xarici nümayəndəliklərin hərbi ateşşeləri izləyir.
Paradda İranın
hərbi sahədə əldə etdiyi son texnologiyalar nümayiş olunur.
Hər il İraqın
İrana hücum etdiyi gün İranda "Müqəddəs Müdafiə" həftəsi kimi qeyd
olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş
olunduğu hərbi paradlar keçirilir.
İran-İraq
müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə
hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs
müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki vəziyyətdə
qalıb.