header

 Suriya: ABŞ və İŞİD Suriya ordusuna hücumu əvvəlcədən razılaşdırıblar - VİDEO/TƏFƏRRÜAT

Suriya Ərəb Respublikası prezidenti Bəşər Əsədin məsləhətçisi Buseyna Şaban baş vermiş faciənin bir çox qaranlıq məqamına toxunub.

"Russia Today"-ə istinadən, İŞİD terror təşkilatı silahlıları ABŞ Suriya ordusuna zərbə endirdikdən dərhal sonra hücuma keçib. Bu haqda ekskluziv müsahibədə Suriya Ərəb Respublikası Prezidentinin məsləhətçisi Buseyna Şaban bildirib. O qeyd edib ki, terrorçular buna qədər (ABŞ-ın Suriya ordusunu bombalamasına qədər - red.) hökumət qüvvələrinin nəzarəti altında olmuş təpələrdəki mövqeləri tutduqdan sonra Vaşinqton hücumu dayandırıb.



"ABŞ-ın Deyr-əz-Zorda etdiyi əsl biyabırçılıqdır. Çünki, (ABŞ-ın hava zərbəsi nəticəsində ölmüş - RT) Suriya ordusundan olan əsgərlər İŞİD-ə qarşı vuruşurdular və 300 mindən çox dinc sakini terrorçulardan müdafiə edirdilər.", - deyə Şaban bildirib.



Qedy edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer BMT Təhlükəsizlik Şurasının  təcili iclasını Rusiyanın "abırsız və riyakar çıxışı" adlandırıb. Suriya prezidentinin məsləhətçisi Samanta Pauerin sözlərini şərh edərkən qeyd edib ki, Pauer həyatını itirmiş hərbi qulluqçular üçün ("ən azından") acıma hissi nümayiş etdirə bilərdi: "Əgər ABŞ həqiqətən terrorimzlə mübarizə aparısa, baş vermiş hadisəyə görə onlar utanmalı idilər.", - deyə Buseyna Şaban əlavə edib.



Onun fikrincə, söhbət hər hansısa bir adi səhvdən gedə bilməz. Belə ki, "ABŞ kimi bir ölkənin, hansı ki, təxmini olaraq dünyadakı ən güclü hərbi dövlətdir, bu cür "səhvlər" etməsi - təsadüfən onlarla insan öldürməsi çox qəribə olardı".



"Siz anlamalısınız ki, Suriya ordusu təpələrdə idi və bir neçə təyyarə ilə oralara zərbələr endiriblər. Və Vaşinqton zərbələri endirən kimi, terrorçular eyni istiqamətdən hücuma başladılar. ABŞ məhz Suriya ordusu tərəfindən tutulmuş əraziyə zərbə endirib. Döyüş meydanında olmuş hər kəsə aydındır ki, bunların hamısı aviasiya ilə terrorçular arasında yaxşıca koordinasiya edilmişdir.", - deyə Şaban qeyd edib.



Xanım Şaban öz nitqini davam edərək soruşub: "Nəyə görə İŞİD daha əvvəl hökumət qüvvələrinin olduğu mövqeləri tutduqdan sonra ABŞ bombalamağı dayandırdı? Nəyə görə onlar İŞİD-i bombalamağa davam etmədilər? Onlar yalnız Suriya ordusuna zərbələr endirirdilər".



Bəşər Əsədin məsləhətçisi qeyd edib ki, Pentaqon və Ağ Ev baş vermiş hadisəyə müxtəlif şəkildə reaksiya veriblər."Bilmirəm, bəlkə, ABŞ-ın birdən çox hökuməti var? Bizə elə gəldi ki, Ağ Ev baş vermiş hadisə ilə əlaqədar olaraq təşviş (həyəcan) içərisində idi, Pentaqon  isə yox", - deyə o əlavə edib.



Bundan əlavə, xanım Şaban Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin nümayəndələri ilə razılaşıb. Rusiya Mərkəzi daha əvvəl bildirmişdi ki, atəşkəs rejimi qüvvələrin yenidən qruplaşdırılması, hərbi sursat ehtiyatlarının doldurulması və yeni ərazilərin tutulması məqsədi ilə hücumların hazırlanması üçün terrorçular tərəfindən istifadə edilir.



Xatırladaq ki, sentyabr ayının 17-si Rusiya Qərb koalisiyasının Suriya ordusuna endirmiş olduğu hava zərbəsi ilə əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.



Xatırladaq ki, zərbələr nəticəsində 62 suriyalı hərbçi həyatını itirib, 100-dən çoxu isə yaralanıb. / İslamazeri

 

Suriya Ərəb Respublikası prezidenti Bəşər Əsədin məsləhətçisi Buseyna Şaban baş vermiş faciənin bir çox qaranlıq məqamına toxunub.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap