Səudiyyə rejiminin Yəmənə endirdiyi hər üçüncü zərbə mülki hədəflərə dəyir
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Bu məlumatların işıq üzü görməsi ABŞ və Böyük Britaniyanı Yaxın Şərqdəki həmkarlarına təzyiqi artırmağa vadar edəcək.
"The Guardian"-a istinadən, Səudiyyə
Ərəbistanının başçılıq etdiyi koalisiyanın demək olar ki, hər üçüncü hava
zərbəsi mülki hədəflərə tuş gəlir. Bu məlumatların işıq üzü görməsi ABŞ və
Böyük Britaniyanı Yaxın Şərqdəki həmkarlarına təzyiqi artırmağa vadar edəcək.
Koalisiya təyyarələri tez-tez məktəb, məscid,
bazar, klinikalara zərbələr endirirlər. Bu məlumatları "Yemen Data
Project" qrupu elan edib. Adı çəkilən qrupa məşhur alim və ictimai
xadimlər daxildir. Qrupun məlumatına əsasən, koalisiya Yəməndəki hərbi
əməliyyatlar zamanı insan haqlarını pozur.
Böyük Britaniya parlamenti məlumatların elan
edilməsinə artıq reaksiya verib. Deputatlar Səudiyyə rejiminin başçılıq etdiyi
koalisiya aviasiyası tərəfindən mülki hədəflərin dağıdıması hallarının
müstəqil araşdırmasının keçirilməsini tələb ediblər. /
İslamazeri