Ərdoğan ABŞ-la Suriya ordusuna zərbəni müzakirə edəcək
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Ərdoğan BMT baş assambleyasında iştirak etmək üçün ABŞ-a səfər edib.
rus mediasına
istinadən, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş
Assambleyasında iştirak etmək üçün ABŞ-a edəcəyi səfər çərçivəsində
koalisiyanın Suriya ordusu mövqelərinə endirdiyi aviazərbləri müzakirə etmək
niyyətində olduğunu bildirib.
Xatırladaq ki,
Rusiya Federasiyası Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, beynəlxalq
"anti-İŞİD koalisiyasının" təyyarələri, Deyr-əz-Zor yaxınlığında İŞİD
terror təşkilatı silahlılarının mühasirəsində olan Suriya ordusuna 4 zərbə
endirib. 62 hərbçi həyatını itirib, təxminən 100 nəfər isə yaralanıb.
"ABŞ
koalisiyanın Suriya ordusu mövqelərinə endirmiş olduğu hava zərbəsi haqda bəyanatla
çıxış edib. Bəyanatda deyilir ki, bu hadisə səhvən baş verib. Əlbəttə, səfərim
zamanı mənim birinci mənbələrdən hər şeyin necə baş verməsi haqda öyrənmək fürsətim
olacaq.", - deyə ABŞ-a yola düşməmişdən öncə Ərdoğan jurnalistlərə
bildirib.. / İslamazeri