Amerika sionizmin ən böyük dəstəkçisidir - HƏMAS
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Amerika sionizmin ən böyük dəstəkçisidir - HƏMAS
Türk mediasına
istinadən, Fələstin İslami Müqavimət Təşkilatının (HƏMAS) Siyasi bürosunun üzvü
Fəthi Hammad ABŞ-ın onu əcnəbi terrorçular siyahısına alma qərarının İsrailin
İordan çayının qərb sahilində Fələstin xalqına qarşı törətdiyi hücumlarını
artırmasının və ABŞ-ın İsrailə sonsuz dəstək verdiyini elan etməsinin kölgəsində
alındığını bildirib.
"Amerika
hazırda bizi beynəlxalq terrorçular siyahısına almışdır. Ancaq ABŞ-ın özü
Sionist terrorizmin ən böyük dəstəkçisidir. Belə bir təcrübə ABŞ üçün qara bir
ləkədir".
Qeyd edək ki,
ABŞ Xarici İşlər Nazirliyi dünən Həmas liderlərindən olan Fəthi Hammadı
terrorçu siyahısına alıb.
HƏMAS qərarla
bağlı bəyanat verərək, ABŞ-ın bu addımını təhlükəli və sionist düşmənin siyasətləri
istiqamətində atılmış bir addım olaraq xarakterizə edib və əslində Sionist düşmənin
Fələstin xalqına qarşı törətdiyi cinayətlərin üstünü örtəcəyini qeyd edib. /
İslaminSesi