header

 Avstraliya Suriyadan üzr istəyib

Avstraliyanın Müdafiə Nazirliyi Dirazzurda Suriya ordusunun mövqeləri vurulan zaman təyyarələrinin iştirakına görə suriyalılardan üzr istəyib.

Bu barədə Avstraliyanın Müdafiə Nazirliyi bəyanat verib.

 

Bəyanatda Dirazzurda ordu mövqelərinə “səhvən” endirilən hava zərbələrinə və burada 62 əsgərin ölməsinə görə, suriyalılardan üzr istənilib və ölənlərin yaxınlarına baş sağlığı verilib.

 

Avstraliyanın Müdafiə Nazirliyi şənbə günü Suriya ordusu mövqelərinə endirilən hava zərbələrində ölkəsinin də təyyarələrinin iştirak etdiyini deyib.

 

Bəyanatda əlavə edilib ki Avstraliya heç vaxt Suriya ordusunun mövqelərini bilə-bilə vurmaz və İŞİD-i dəstəkləməz.

 

Qeyd edək ki, şənbə günü ABŞ koalisiyasının 6 ədəd F-16 və A-10 qırıcıları Dirazzurda İŞİD-lə vuruşan Suriya ordusunun mövqelərini bir saat ərzində bombalayıblar. Bu hava zərbələrində minimum 62 əsgər həlak olub.

Avstraliyanın Müdafiə Nazirliyi Dirazzurda Suriya ordusunun mövqeləri vurulan zaman təyyarələrinin iştirakına görə suriyalılardan üzr istəyib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap