header

 Səudiyyə Ayətullah Musəvi Xomeyninin Salman Ruşdi barədə ölüm fətvasını pislədi

“Xomeyni sağlığında Salman Rüşdinin qətli barədə fətva verib ki, indiyə kimi qüvvədədir. Halbuki o bir yazıçı idi”

Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyr "The Wall Street Journal" qəzetində çap olunan məqaləsində deyib.

 

İranın xarici işlər naziri Cavad Zərif "The New York Times" qəzetində Səudiyyə Ərəbistanın vəhhabiliyin mərkəzi olduğunu, bu əqidəni dünyaya transfer etdiklərini, sözügedən əqidənin isə bir təhlükə mənbəyi olduğunu və hansı cinayətləri həyata keçirdiyini qələmə almışdı.

 

Buna cavab olaraq Adil əl-Cubeyr "The Wall Street Journal" dakı məqaləsində deyib ki, əslində İranda Xomeyni inqilabı həyata keçəndən sonra bölgədə gərginlik başlayıb.

 

Səudiyyə XİN rəhbəri deyib ki İran “terrorçu təşkilat” olan Hizbullahı dəstəkləyir, Amerikaya ölüm şüarı səsləndirir.

 

O yazıb ki, "Xomeyni sağlığında Salman Rüşdinin qətli barədə fətva verib ki, indiyə kimi qüvvədədir. Halbuki o bir yazıçı idi." 

 

Qeyd edək ki, "Şeytan ayələri" kitabına görə qətlinin vacib olduğu bildirilən Salman Rüşdi həmin əsərində Hz.Rəsuləllahın(s) həyat yoldaşlarını təhqir edib.

 

 

Ayətullah Musəvi Xomeyni buna görə 1989-cu ildə onun ölümü barədə fətva verdi. Bu fətva “Şeytan ayələri”nə görə qəzəblənmiş müsəlmanların qəlbinə məlhəm oldu.

 

Lakin Səudiyyə rejimi İranofobiya yaratmaq üçün Salman Ruşdini yazıçı adlandırır və ölüm fətvasını tənqid edir. / İslaminSesi

“Xomeyni sağlığında Salman Rüşdinin qətli barədə fətva verib ki, indiyə kimi qüvvədədir. Halbuki o bir yazıçı idi”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap