Şiələri kafirlikdə ittiham edən vahabi baş hakiminə tutarlı cavab
Posted on : Təqlid mərcələrinin 10/16/2017 1:00:15 PM
Şiələri kafirlikdə ittiham edən vahabi baş hakiminə tutarlı cavab
Ayətüllah Şübeyri Zəncani Həkim Hidəcinin şagirdi axund
molla Əli Məsumi Həmədanidən nəql edirərək deyir: mərhum Həkim Hidəci bir yerə çıxmır, mənzilə fılana getmir
hücrədə qalırdı. Onun çolu müridləri var idi. Onlar hücrəyə gəlirdilər. Mərhum
axund Hmədani deyirdi: biz hücrədə olanda mühəndis Əbdürrəzzaqxan Büğayiri gəldi.
Onun ləqəbi sərtip idi. İranın siyasi xəritəsini o çəkmişdi. Seçkin bir adam
idi və Hidəcinin müridi idi. O, Məkkədən yenicə gəlmişdi və səfəri haqqında
izahat verirdi. O deyirdi ki, biz bir dəstə olaraq Məkkəyə gedirdik. Nəcəfdən də
bir din alimi Məkkəyə gedirdi. Bizə bir din alimi lazım idi ki, həcc mərasimi
haqqındakı suallarımıza cavab versin. Alim də tək bir adam idi və yardım edəni
yox idi. Bizə qoşulmağını xahiş etdik. O qəbul etdi. Bu alimlə həmsöhbət
olmaqdan xeyli həzz aldıq. Həm dini sullarımızı soruşurduq, həm də üstün əxlaqa
və digər dəyərli cəhətlərə malik idi. Həcc mərasimini yerinə yetirdikdən sonra
Məkkədən Mədinəyə getdik. Mədinədə olarkən birlikdə müqəddəs yerləri ziyarət
etməyə gedirdik. Getdiyimiz yerlərdən biri də Mədinə kitabxanası idi.
Kitabxanada bir az qaldıqdan sonra kor bir qocanın qoltuğuna girib gətirirdilər.
Bu kimdir deyə soruşduq. "baş hakimdir" dedilər. Onu gətirdikdən
sonra bizdən haralı olduğumuzu soruşdu. "iranlıyıq" dedik.
"İranın harasından?" deyə soruşdu."Tehrandanıq" demək həmən
hiddətləndi. Dedi: tehranlılar dinsiz, kafirdirlər. Niyə kafirdirlər, niyə
dinsizdirlər? Dedik. Dedi: çünki onlar Quranı təvil edirlər, misal üçün fılan
ayənin Əli haqqında, fılan ayənin nə bilim nə haqqında nazil olduğunu deyirlər.
Başladı bir neçə ayəni oxumağa. Yəni ki, bunlar ayənin zahirini boşlayəb təvil
edirlər. Bizimlə olan alim onun sözünü təsdiq etdi və onun demədiyi bir neçə ayəni
də oxuyub dedi: bizim səadət və qazancımızdan biri də cənab baş hakimi görməyimizdir.
onlar bir-birilə xoş-beş elədilər. Onun bu işi bizə od vurdu. Deməli Şeyx
münafiqmiş, sonra hesabına yetişməliyik deyə düşündük. Baş hakim dedi: görünür siz alicənab və
bilici bir alimsiniz. Sonra alim dedi: mən bir şeyə təəssüf edirəm. Baş hakim
necə? Deyə soruşdu. O dedi: siz öz yüksək məqamınıza rəğmən qiyamət günü Peyğəmbərin
üzünü görməyəcəksiniz. Niyə və nə üçün? Deyə baş hakim soruşduqda dedi: şərifə
ayəyə əsasən. Hansı ayəyə əsasən deyə soruşduqda dedi: hər kim bu mövzuda kor
olsa, axirətdə də kor olar. Baş hakim, yox, onun mənası bu deyildir, dedi. Alim
dedi: bəs mənası nədir. Baş hakim dedi: hər kimin batini kor olsa. Alim dedi:
bu, təvildir. Təvil isə küfrdür. Vahbi olan baş hakim bunu eşitdikdə dedi: qalx
ayağa ey rafizi! Çıx eşiyə dedi və ona hiddətləndi.