header

 ABŞ 62 Suriya hərbçisini qətlə yetirdi, xəta adlandırdı

ABŞ 62 Suriya hərbçisini qətlə yetirdi, xəta adlandırdı

ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Deyr Əz Zordaki Suriya ordusu mövqelərini vurduqlarını etiraf edərək, bombardmanların bir xəta olduğunu açıqlayıb.

 

Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, CENTCOM yazılı açıqlama verərək, İŞİD hədəflərini vurulması istənilərkən belə bir xətanın baş verdiyini qeyd edib. "Koalisiya qüvvələri uzun müddətdir təqib etdikləri bir İŞİD hədəfini vurduklarına inanırdılar. Rusiya rəsmilərinin hədəfə alınanlar arasında Suriya ordusuna aid şəxsi heyyət və texnikalar ola biləcəyini bildirməsindən sonra, dərhal bombardman dayandırıldı" ifadəsi açıqlamada qeyd olunub.

 

***

 

Suriya Deyr Əz-Zordakı mövqelərinin ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri tərəfindən bombalandığını və 62 əsgərinin öldüyünü açıqlayıb.

 

Deyerler.org RT-yə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi də koalisiyaya məxsus 2 F-16 qırıcısı və 2 A-10 tipli təyyarənin Suriya ordusu mövqelərinə hücum təşkil etdiyini təsdiqləyib.

 

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov hadisə ilə bağlı mətbuata açıqlamasında belə qeyd edib: "Bu gün Moskva vaxtı ilə saat 17:00-17:50 radələrində İŞİD-ə qarşı mübarizə koalisiyası (2 F-16 və 2 A-10 qırıcısı) Deyr Əz-Zordaki aeroport yaxınlığında İŞİD tərəfindən ətrafı əhatə olunmuş Suriya hökuməti qüvvələrinə 4 hücum təşkil edib. Koalisiyaya aid təyyarələr Suriya hava sahəsinə İraq sərhədi tərəfindən daxil olub. Hava hücumları koordinasiyadakı bir səhv səbəbilə təşkil olunubsa, bu ABŞ tərəfinin terrorçu qruplara qarşı hərəkətlərini Rusiya ilə birlikdə koordinasiya etmə məsələsindəki istəksizliyinin birbaşa nəticəsi deməkdir".

 

Digər tərəfdən, nazirlik beynəlxalq koalisiyaya aid təyyarələrin Suriya əsgərlərini vurmasından dərhal sonra, İŞİD-in hücuma başlatdığının vurğulayıb. Suriya ordusu ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Deyr Əz Zor yaxınlığındakı mövqelərini bombaladığını qeyd etmişdir və hücumda 62 əsgərin öldüyünü, 160 əsgərin isə yaralandığını açıqlamışdı.

 

ABŞ 62 Suriya hərbçisini qətlə yetirdi, xəta adlandırdı
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap