İmamların (ə) üzükləri üzərində yazılan zikrlər
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Peyğəmbər və imamların mübarək üzükləri üstündə hansı zikrlər həkk edilib?
Dini təlimlərə əsasən
üzük taxmaq müstəhəb və savab əməldir. Xüsusilədə ibadət zamanı əqiq qaşlı
gümüş üzüklərin taxılması tövsiyə edilir.
Peyğəmbər (s) və
imamların üzüksüz qalmazdılar. Onların üzükləri adətən gümüşdən olardı və əqiq
və sair qaşlarla bəzədilərdi.
Hədislərə əsasən
Peyğəmbərin və İmamların üzüklərinin üzərindəki zikrlər belə olub:
Peyğəmbər (s): O həzrətin üzüyünün üzərində şəhadəteyn kəlməsi var idi.
İmam Əli (ə) : “Allahul-Məliku və Əliyyun əbduhu” (Şah Allahdır, Əli
onun qulu)
İmam Həsən (ə): “əl-İzzətu lillah” (İzzət Allaha məxsusdur)
İmam Hüseyn (ə): “Həsbiyəllah” (Mənə Allah kifayət edər)
İmam Səccad (ə): “İnnəllahə baliğu əmrihi” (Allah Öz işini qələbə ilə başa
çatdırandır)
İmam Baqir (ə): “Rəbbi la təzərni vəhidən” (İlahi məni tək qoyma)
İmam Sadiq (ə) : “Allahummə əntə siqəti fə-qini şərrə xəlqikə” (İlahi sən
mənim etibar yerimsən, məni məxluqatının şərrindən qoru)
İmam Musa Kazim (ə): “əl-Mulku lillahi vəhdəh” (Mülk yalnız Allaha məxsusdur)
İmam Rza (ə) : “Maşaəllah la qüvvətə illa billah” (Yalnız Allah istəyən
olacaq, Allah olmadan güc olmaz)
İmam Cavad (ə): “Həsbiyəllahu hafizi” (Məni qoruyan Allah mənə kifayət
edər)
İmam Hadi (ə): “Hifzul-uhud min əxlaqil-məbud” (Əhdə vəfa etmək
ilahinin əxlaqıdır)
İmam Həsən Əsgəri (ə): “Subhanə mən ləhu məqalidus-səmavati vəl-Ərd” (Münəzzəhdi
o Allah ki yerin göyün açarları onun əlindədir)
İmam Zaman (ə.f): “Ənə hüccətullah” (Mənəm Allahın höccəti)
Qeyd edək ki bəzi
hədis mənbələrində bu zikrlərdən əlavə üzüklər üzərində yazılan digər ziklərdən
də söhbət gedir. Lakin yuxarıda deyilənlər məşhur nəzərlərə əsasəndir.