header

 Azərbaycan Respublikasında Müaviyə dövrü təkrarlanmaqdadır

Azərbaycan dövlətinin son gizli təşəbbüsü Müaviyənin, oğlu Yezidi canişin etmə təşəbbüsü kimidir

Azərbaycan dövləti ötən neçə ay ərzində konstitusiyanı dəyişdirməklə öz qüdrətini möhkəmləndirmək və hakimiyyəti irsə çevirmək təşəbbüsünü  başlamışdır. Azərbaycanin şərəfli milləti boğuntu bir şəraitə baxmayaraq dövlətin bu kimi müaviyəvarı hərəkətinə reaksiya versə də, bu istiqamətdə hətta AİP lideri etiraz üçün aclıq elan etsə də bu dövlətin dünya şeytanları və qərb imperializmi ilə həmrəy olduğuna görə bütün bu müxalifətlərin xeyri olmamışdır. Elədir! Tarix təkrarlanmaqdadır. Bəniüməyyə dövrünün tarixinə ötəri bir baxış göstərir ki, bu kimi iqtidar yönlü və mütləqiyyətçi təşəbbüslər müsəlmanlara hakim kəsilmək üçün zalım hakimlərin tərəfindən dəfələrlə həyata keçirilmişdir. Burada Müaviyənin Yezidi canişin etmək istiqamətində ilk gizli təşəbbüsünə işarə edirik: Müaviyə öz hakimiyyətini möhkəmləbdirmək və Üməvi hakimiyyətini irsə çevirmək, eləcə də öz anti-din təşəbbüsünü davam etdirmək məqsədilə Yezidin vəliəhdlik planını həyata keçirməyə başladı. O, hakimiyyətinin başlanmasından etibarən bu planı düşünürdü. Müaviyənin öz şəxsiyyəti və hakimiyyət tərzindən əlavə Osman xilafətinin ilk illərində Əbusüfyanın vəsiyyəti də bu prosesin bir amili kimi nəzərə alınmalıdır. O, bəniüməyyə övladına vəsiyyət etmişdi ki, xilafəti bir top kimi öz əllərində gəzdirsinlər və hətta onu bir uşağa tapşırmalı olsalar belə əldən verməsinlər. Əlbəttə Müaviyə yaxşı bilirdi ki, bu planı həyata keçirmək bir çox problem və maniələrlə qarşılaşacaqdır. Bu problemlər bir tərəfdən Yezidin mənfi və cinayətkar şəxsiyyətindən irəli gəlirdi. Çünki o, laqeyd, hərzə, ləyaqətsiz, fasid və bir sözlə dinsiz bir adam idi və ümumi fikir, xüsusilə hələ həyatda olan və Peyğəmbərin davranış və hökumət tərzini unutmayan əshabələr və böyük müsəlman şəxsiyyətlər asanlıqla Yezid kimi bir şəxsi xəlifəliyə qəbul etməzdilər. Digər tərəfdən isə barışıq müqaviləsinin bir bəndinə əsasən xilafət Müaviyədən sonra Əli oğlu Həsənə yetişməli idi. Həsənin həyatda olmaması təqdirdə isə Əli oğlu Hüseynə yetişməli idi və Müaviyə özünə canişin təyin etmək səlahiyyətinə malik deyildi. Buna görə də nə qədər ki, imam Müctəba sağ idi, Müaviyə canişin mövzusunda böyük bir maniə ilə üzbəüz idi. Bütün bunlardan əlavə qabaqkı xəlifələrin heç biri o zamana kimi öz oğlanlarını canişin təyin etməmişdilər. Əslində də xilafət irsi xarakter daşımırdı ki, ata öldükdən sonra oğul onun yerini tutsun. Bütün bu maniə və problemləri başa düşən və zəmin hazırlanmadan belə bir təklifin irəli sürülməsinin islam cəmiyyəti tərəfindən qəbul edilməyəcəyini və müxtəlif problemlərin və hökumətə zərərli olan mənfi nəticələrin meydana çıxacağını bilən Müaviyə əvvəllər o planı irəli sürmkədən çəkinirdi. Buna görə də o, əlverişli şəriti güdür, səbr edir, lazım olan planlar və dəsisələr hazırlayırdı. Səfərlərə çıxır, məktublar yazır, şirnikləndirmələr və hədə-qorxular etməklə bəzilərini özünə tərəf çəkir və digər təşəbbüslərə əl vururdu. Nəhayət ömrünün son illərində canişinlik mövzusuna şərait yarandı və islam cəmiyyətini belə bir mövzunu qəbul etmək qənaətinə gətirdi. Sözümüzün sonunda işarə etməli mövzu budur ki, belə bir şum hədəfə çatmaq vasitələri indiki dövrdə artıq dəyişmiş və Azərbaycan dövləti populyar xarakter daşıyan referandumdan istifadə edir ki, şübhəsiz hamı onun formal xarakter daşıdığı fərqindədir.
Azərbaycan dövlətinin son gizli təşəbbüsü Müaviyənin, oğlu Yezidi canişin etmə təşəbbüsü kimidir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap