İmam Hüseynin (ə) bir kufəliyə ən xeyirli əməl haqda tövsiyəsi
Posted on : Əqidələr 10/16/2017 1:00:13 PM
İmam Hüseynin bir kufəliyə ən xeyirli əməl haqda tövsiyəsi
İnsanın
insanlarla münasibəti o zaman islah olar ki o ilk növbədə Allahla münasibətlərini
islah etsin. Əksinə insanlar razı qalsın və bəyənsin deyə Allahın hökmünü müxtəlif
istiqamətlərə yozub, təhrif etmək və ya o hökmü tapdalamaq böyük günahdır.
Belə olan halda
Allah da o insanı insanların ixtiyarına buraxar. İnsanın həyatında əsas meyar
Allahın razı qalmasıdır. Allahın insandan razı qalması həm də axirət dünyasının
ən böyük neməti hesab edilir.
Tövbə surəsinin
72-ci ayəsində buyurulur:
"Allah
mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində
gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan
bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur
(uğurdur)!"
İmam Sadiq
buyurur: Atam öz atasından belə nəql edir ki, kufəlilərdən bir nəfər Hüseyn
ibni Əliyə yazdı: Ey mənim ağam, dünya və axirətin ən xeyirli əməli barəsində mənə
xəbər ver. Həzrət cavabında yazdı:
“Bismillahir-rəhmanir-rəhim.
Amma sənin məsələnə gəldikdə isə, bilməlisən ki, həqiqətən hər kəs Allahın
razılığını camaatın qəzəbi müqabilində əldə etmək istəsə, Allah onu camaatın
işlərindən ehtiyacsız edər. Hər kəs camaatın razılığını Allahın qəzəbi
müqabilində əldə etmək istəsə, Allah-taala o şəxsi camaata həvalə edər. Vəssalam”