ABŞ-dan ilk dəfə Bağdadi etirafı
Posted on : Digər sahələr 10/16/2017 1:00:13 PM
ABŞ-dan ilk dəfə Bağdadi etirafı
İŞİD terror təşkilatının
özünü xəlifə elan edən lideri Əbu Bəkr Bağdadinin bir vaxtlar ABŞ-ın İraqdakı
Bucca bazasında tutulduğu, hətta təşkilatın rəhbər heyətinin burada tanış
olduğuna yönəlik iddialar daha əvvəl mətbuatda yayımlanmışdı.
Ancaq "The
Intercept"in xəbərinə görə, Bağdadi Bucca bazasına göndərilməmişdən əvvəl
2014-cü ilin fevral-oktyabr tarixləri arasında İraqın ən təhlükəsiz həbsxanası
adlandırılan Əbu Qureybdə saxlanılıb. FaktXəbər-in məlumatına görə, bu bürədə
danışan ABŞ-ın ordu sözçüsü Troy A.Rolan Bağdadiyə verilən məhbus nömrəsinin
157 ilə başladığını və bu nömrənin Əbu Qureybdəki məhkumlar üçün istifadə
edildiyinin bildirib.
Xəbərdə
Bağdadinin 13 oktyabrda bir çox məhbus yoldaşıyla birlikdə Bucca bazasına nəql
edildiyi və 9 dekabrda azad olunduğu bildirilir.
Qeyd edək ki,
Əbu Qureyb həbsxanasını dedikdə həm də ABŞ əsgərlərinin məhbuslarla necə qəddarcasına
davrandığını da özündə əks etdirən görüntülər yada düşür.