header

 Nardaran məhbusları ekspertizadan keçiriləcək

Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə, hərəkatın 16 üzvü və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Məhkəmədə təqsirləndirilən Abbas Hüseynov hakimdən şikayət edib.

 

A.Hüseynov hakimə şahidləri istiqamətləndirən suallar verdiyini deyərək ondan məhkəmə rəhbərliyinə şikayət edəcəyini deyib. Hakim Əlövsət Abbasov onun şikayətini məhkəmə rəhbərliyinə çatdırılacağını deyib.

 

Prosesin davamında vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərə işgəncələr verildiyini deyərək, bunun üçün tibbi ekspertizanın keçirilməsini istəyiblər.

 

Təqsirləndirilən Şamil Abduləliyevin vəkili isə vəsatət qaldıraraq əməliyyat zamanı müvəkkilinin bədənində olan güllələrin çıxarılmasını istəyib: "Əməliyyat keçiriləndən bu vaxta qədər onun bədənində güllələr qalıb. Müvəkkilim müayinə edilsin və bədənindəki gülələr çıxarılsın"

 

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib. Ancaq məhkəmə heyyəti vəsatətləri təmin edildiyini açıqlayıb.

 

Prosesin davamında  DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkki Elçin Tağıyev sualları cavablandırıb.

 

İlk sual Nardaranda keçirilən əməliyyat zamanı polislərdən birinin qoruyucu gödəkçə geyindiyi halda necə yaralanması haqda olub.

 

E.Tağıyev özünün qoruyucu gödəkçə geyindiyini digərləri barədə dəqiq məlumatının olmadığını deyib. O, həmçinin qumbaradan istifadə etmədiyini də söyləyib.

 

E.Tağıyev digər sualları da cavablandırıb.

 

Məhkəmə prosesində 14:00-dan fasilə elan edilib.(musavat.com)

Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə, hərəkatın 16 üzvü və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap