header

 İranlı general xəbərdarlıq etdi

İranlı general xəbərdarlıq etdi

İran müdafiə naziri general Hüseyn Dehqan İrana aid dörd təhlükəsizlik katerlərinin ABŞ döyüş gəmisinə yaxınlaşdığı istiqamətindəki xəbərlərə dair açıqlamalar verdib.

 

General Dehqan ötən gün səhər saatlarında mətbuat nümayəndələrinə verdiyi açıqlamada, İrana məxsus 4 təhlükəsizlik katerinin ABŞ-ın USS Nitze döyüş gəmisinə sürətlə yaxınlaşdığı istiqamətindəki iddalara münasibət bildirərək, "Fars Körfəzindəki prosesləri yaxından təqib edirik. Xarici gəmilərin ən kiçik hərəkətini belə diqqətlə izləyirik. Bu cür tədbirlər ölkəmizin təhlükəsizliyi üçün lazımdır", -  deyib.

 

ABŞ döyüş gəmisi və İran katerləri arasında baş verən hadisənin çox təbii xarakterdə olduğunu qeyd edən general Dehqan "ABŞ və ya hər hansı bir ölkəyə aid olursa olsun, İran sularına daxil olan gəmi gözdən qaçırmarıq. Su sərhədlərimizi pozanlara sərt cavab veriləcək", - deyə bildirilib.

 

ABŞ Müdafiə Nazirliyi ötən gün İran İnqilab Keşikçilərinə aid dörd təhlükəsizlik katerinin idarə olunan raket yox edici USS Nitze döyüş gəmisinə yüksək sürətlə və təhlükəli şəkildə yanaşdığını iddia etmişdi.   / Eastnews

İranlı general xəbərdarlıq etdi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap