header

 Con Kerri Yəmən məğlubiyyətinin anonsunu verdi

ABŞ və Səudiyyə Ərəbistanı Yəmən müzakirələrini yenilənməsinə dair qərar qəbul edib

ABŞ dövlət katibi Con Kerri həmkarı Adil Cubeyr ilə Ciddədə danışıqlar aparıb, Yəmənə dair yeni danışıqlar planı müzakirə edilib.  

 

 Danışıqlar zamanı Yəməndə sülh müzakirələrinin yenilənməsinə dair razılığa gəlinib. Körfəz ölkələr XİN rəhbərlərinin toplantısında bir ayraya gələn tərəflər Yəməndə "Milli Birlik Hökuməti"nin formalaşdırılması cəhdi üzərində anlaşıb.

 

Görüşdən sonra C.Kerri A.Cubeyr ilə birgə mətbuat konfransında bildirib: "Biz münaqişənin siyasi və təhlükəsizlik müstəvisində yeni yanaşma ilə həllinə dair müzakirələrin başladılmasında razılaşdıq. Danışıqların birinci yekun mərhələsində Yəməndə "Milli Birlik Hökuməti"nin qurulmasında razılığa gəldik. Eyni zamanda şiə və üçüncü tərəflər də daxil olmaqla bütün tərəflərin ağır texnikalarının paytaxt Sənadan çıxarılmasında anlaşdıq."

 

Kerri vurğulayıb ki, bütün nazirlər Yəməndə böhrandan hərbi yolla çıxış olmadığı görüşünə qatılıblar. O, Hüsilər Hərəkatına müraciət edərək onları Səudiyyə sərhədlərini tərk etməyə, silahları yerə qoyaraq "Milli Birlik Hökuməti"nin qurulmasında iştirak etməyə çağırıb.   

 

A.Cubeyr isə bildirib ki, Yəmənin eks-prezidenti Əli Abdullah Saleh Küveyt danışıqlarında Yəmən sazişini imzalamaqdan imtina edib.   

 

Xatırladaq ki, bu danışıqlar Yəməndə yeni prezidentin işə başlamasından sonra başlayıb. Ənsarullah Husilər Hərəkatının rəhbərliyi altında qurulan hakimiyyəti Yəmən xalqı böyük rəğbətlə qarşılayıb, xalq milyonluq mitinqlə hazırkı hakimiyyətə dəstəyini ifadə edib. / Eastnews

ABŞ və Səudiyyə Ərəbistanı Yəmən müzakirələrini yenilənməsinə dair qərar qəbul edib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap