Türkiyənin istəyilə Ərdoğan-Əsəd barışığı üçün qapalı danışıqlar başlayıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:13 PM
Türkiyənin istəyilə Ərdoğan-Əsəd barışığı üçün qapalı danışıqlar başlayıb
Rəsmi Tehranın
vasitəçiliyi ilə rəsmi Ankara və Dəməşq arasında birbaşa danışıqların başladığı
iddia edilir. Səudiyyə mənşəli KİV Türkiyənin İran vasitəsilə Suriya hökumətiylə
əlaqə qurduğu bildirilir.
Səudiyyənin Şərqul-Ovsat
qəzeti Ankara və Tehrandakı mənbələrinə istinadən belə bir xəbər yayıb. Xəbərdə
Türkiyənin İran vasitəsilə Suriya ilə qapalı müzakirələrə başladığı
vurğulanır.
Qeyd edək ki, qəzet
Səudiyyənin maliyyə dəstəyilə Londonda nəşr olunur.
Xəbərdə Türkiyə
prezidenti Rəcəb Tayyip Ərdoğanla Suriya prezidenti Bəşər Əsədin barışdırılması
üçün Türkiyə rəsmilərinin suriyalı həmkarları ilə məxfi danışıqlar apardığı
deyilir. Danışıqların rəsmi Ankaranın Suriya siyasətində ciddi dəyişiklik
anlamına gəldiyi ifadə edilir.
Türkiyə tərəfindən
danışıqları təqaüdçü general İsmail Hakkı Pekinin aparır. Onun Türkiyə ilə
Suriya arasında 1998-ci ildə əldə edilən Adana sazişinə nəzarət edən şəxs
olduğunu qeyd edilir.
Qəzet, Türkiyə
və Suriya hökuməti arasında yaxınlaşma olduğunu bildirməklə "NTV"yə
istinad etdiyi bir xəbərdə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşun
"sülh müzakirələri üçün Ankaranın Bəşər Əsədin nümayəndələri ilə görüşməkdə
heç bir narahatlıq görmədiyini" açıqlamasını da sitat gətirib. / Eastnews