header

 Həzrət Zeynəb şəhidinin hikmətli vəsiyyəti

"Əgər siz mənə qibtə edirsiz ki, mən şəhadətə qovuşmuşam. Bilin, mən sizə qibtə edirəm ki, Allah yolunda cihad edirsiz. Bu (cihad) sizin çiyninizdə olan Allah əmanətidir..."

Hizbullah bütünlüklə Suriyada döyüşlərə qoşulmamışdan öncə bir neçə nəfər təcrübəli döyüşçüsünü Xanım Zeynəbin(s.ə) və Xanım Səkinənin(s.ə) ziyarətgahlarını müdafiə etmək üçün Suriyaya ezam etmişdi. Onlardan biri də Hacı Əli Camal Cəşi idi.

 

Sionistlərlə 33 günlük müharibənin veteranı olan Şəhid Əli Camal 2013-cü ilin əvvəllərində Xanım Səkinənin(s.ə) hərəminin müdafiəsi zamanı şəhid olmuşdu.

 

Hizbullahın bu fədakar şəhidi Hacı Əli Camal Cəşi öz vəsiyyətində deyib:

 

"Əziz qardaş və bacılarım! Möminlərin əmiri İmam Əli buyurub ki dünya keçid yeridir, məskən salmaq üçün deyil. Bu dünyada axirətiniz üçün çalışqan olun! Bu alçaq və rəzil həyat sizi aldadıb məğrur etməsin. Cəsədləriniz bu dünyadan çıxmamışdan öncə siz onu qəlbinizdən çıxarın. Siz bu dünyada imtahana çəkilirsiniz və siz başqası üçün (axirət) yaradılmısınız. Dünya möminin zindanı kafirin cənnətidir.....

 

Müqavimət hərəkatında olan qardaşlarıma deyirəm: Siz bu ümmət üçün iftixar və izzət gətirmisiniz.Salam olsun sizə və sizə dəstək verənlərə və bu ümmət üçün qələbəyə səbəbkar olanlara. Əgər siz mənə qibtə edirsiz ki, mən şəhadətə qovuşmuşam. Bilin, mən sizə qibtə edirəm ki, Allah yolunda cihad edirsiz. Bu (cihad) sizin çiyninizdə olan Allah əmanətidir..

 

Əziz qardaşlar bütün əzminiz və qüdrətinizlə cihadı davam etdirin ki nəticədə iki yaxşıdan birinə ya qələbəyə yada şəhadədə qovuşa biləsiz.

Mərhəmətli və rəhimli Allahın adı ilə. Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir.”

 

Tashaio.com İslaminSesi-nə istinadən şəhid Hacı Əli Camal Cəşin öz dilindən olan vsiyyətini təqdim edir:



"Əgər siz mənə qibtə edirsiz ki, mən şəhadətə qovuşmuşam. Bilin, mən sizə qibtə edirəm ki, Allah yolunda cihad edirsiz. Bu (cihad) sizin çiyninizdə olan Allah əmanətidir..."
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap