header

 Müsəlmanın iki mərhələli qorxu hissi

Müsəlmanı islah edib möminlik dərəcəsinə çatdıran iki mərhələli qorxu hissi

Xof ərəb dilindən qorxmaq deməkdir. Bu Qurani-Kərimdə bəzən xəşyət, vəcəl və rəhbət kəlmələri ilə də ifadə olunur. Onların arasında azacıq fərq olmasına baxmayaraq, əsasən qorxu mənasında ifadə edilirlər.

 

Qorxu mənfi haldır. İnsan qorxduğu məsələnin həllində də aciz qalar. İnsan qorxduğu məsələdən uzaq gəzdiyindən onun həllinə də nail ola bilmir. Xüsusilədə psixoloji baxımdan qorxuya qalib gəlmək üçün qorxulu məsələnin birbaşa içinə daxil olmaq gərəkdir.

 

Qurani-Kərimdə buyurulub:"Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər."

 

Amma bəzən qorxu müsbətdir. O qədər ki onun bəndəçilik xəttində qalmasını sığortalayır.

 

Hədislərin birində buyurulub: "Bütün qorxular qorxaqlıqdır. Yalnız Allahdan qorxmaq  xatircəmlik, təskinlik və arxayınlıqdır."

 

Elə müsəlmanı islah edən də bu qorxu hissidir ki, ona Allahdan xof etmək də deyilir.

 

İmam Sadiqin (ə) hədisinə görə, möminin həyatında iki mərhələli qorxu hissi var və bu onun bəndəçilikdə qalmasını sığortalayır.

 

İmam (ə) buyurub:

 

"Mömin iki qorxu arasında yaşayır: Keçmişdə etdiyi günaha görə qorxur və Allahın həmin günahları bağışlayıb bağışlamadığını bilmir. Eləcə də, qalan ömrünə görə qorxur və bilmir ki, bu müddətdə ölümə səbəb olan hansı günahları edəcək. Beləliklə, mömin daim qorxu içindədir və qorxudan başqa heç nə onu islah etməz." / İslaminSesi

Müsəlmanı islah edib möminlik dərəcəsinə çatdıran iki mərhələli qorxu hissi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap