Yəmənlilər Səudiyyənin Aramco şirkətini ballistik raketlə hədəfə alıblar
Posted on : Digər sahələr 10/16/2017 1:00:13 PM
Yəmənlilər Səudiyyənin Cizan əyalətində bu ölkənin ən iri neft şirkəti olan Aramco-nun bir zavodunu ballistik raketlə hədəfə alıblar
Ballistik raket
şirkətin Cizandakı zavoduna düşüb və çoxlu maddi xəsarətlərlə nəticələnib.
Qeyd edək ki, yəmənli
qüvvələr bir müddətdir Səudiyyənin Nəcran və Cizan kimi əyalətlərində də
qurudan partizan əməliyyatları keçirirlər.
Sərhəd bölgələrindəki
kimi Yəmənin Mərib, Səna, Cof və Təiz əyalətlərində də Səudiyyə koalisiyasının
dəstəklədiyi qüvvələrlə Yəmən ordusu və “Xalq komitələri”nin döyüşləri davam
etməkdədir.
Bu arada Yəmənin
Ənsarullah hərəkatı ABŞ dövlət katibi Con Kerrinin Səudiyyəyə səfəri və buradan
yəmənlilərə edilən təkliflərə münasibət bildiirb. Ənsarullah Səudiyyə və ABŞ tərəfindən
münaqişənin həli üçün onlara heç bir təklifin edilmədiyini bildirib və danışıqların
başlaması üçün birinci növbədə Səudiyyənin təcavüzlərinin bitməsini tələb edib.
/ İslaminSesi