Türkiyədə anti-Amerika havası intensivləşir
Posted on : qafqaz 10/16/2017 1:00:13 PM
C. Baydenin Türkiyəyə gəlməsilə eyni zamanda əhalinin aksiyası
Türkiyə etirazçıları prezident Barak Obamanın müavini C.
Baydenin Türkiyəyə gəlməsilə küçə nümayişinə çöxdılar. Etirazçılar plakardlarla
Ankaranın iddiasına görə 15 iyun çevriliş cəhdinin arxasında olan və prezident
Ərdoğanın əsas müxalifi F. Gülənin Amerikada olmasına etirz edirdilər.
Plakardlarda yazılmışdı: " Ben Laden Türkiyədə olsaydı, biz isə 11
sentiyabr terror aktından sonra sizə təhvil verməsəydik, nə baş verəcəkdi?
Bayden Türkiyənin İŞİD mövqelərinə Suriyanın sərhəd şəhəri Carablosda hərbi əməliyyatının
xəbəri yayılarkən Ankaraya gəlmişdir. O, Türkiyəyə gəldikdən sonra demişdir ki,
kaş çevriliş cəhdinin əsas müttəhimi olan F. Gülən Amerikada yox, digər ölkədə
olaydı. Türkiyə prezidenti R. T. Ərdoğan bundan əvvəl demişdi: "Baydenə
deyəcəyik ki, Amerika Güləni Türkiyəyə qaytarmalıdır. Çevriliş haqqındakı
faktları da bu ölkəyə göndərməyi davam etdirəcəyik". Türkiyə dövləti indiyə
kimi dəfələrlə F. Gülənin çevriliş cəhdində əli olmasını iddia etmiş və
Amerikadan onun təhvil verilməsini istəmişdir. Amerikalılar bu tələbə
baxacaqlarını bildirmişlər. Lakin onun dəlil-sübutlu olmalı olalduğunu da
vurğulamışlar. Faktların əsaslı olub olmaması isə Amerikanın xarici işlər və
Ədliyyə nazirliklərinin sərəncamında olduğunu da bildirmişlər. Türkiyə və
Amerika arasında suçluların təhvil verilməsi memerandumu imzalanmışdır. Lakin tərəf
müqabillərin təhvil verilmə tələbinin iki nazirliyin komitəsi tərəfindən
yoxlanılması qeyri-adi bir işdir.