header

 Carablus şəhəri İŞİD-in heç bir müqaviməti olmadan “azad edilib” - Vide

Türkiyə Ordusu və “Azad Suriya Ordusu”nun Hələbin şimalında sərhəddə yerləşən Carablus şəhərini İŞİD-ən geri almaq əməliyyatı cəmi bir gündən sonra nəticə verib və İŞİD heç bir müqavimət göstərmədən şəhəri tərk edib

Türkiyə ordusu və onların dəstəklədiyi “Azad Suriya Ordusu” Carablusa girməmiş İŞİD üzvləri Türkiyəyə qaçıblar.

 

İŞİD nəzarətində olan Carablus cəmi 1 günə alınıb.

 

Ekspertlərin fikrincə İraq və Suriyada qəsəbə və şəhərlərin İŞİD-ən azad edilməsi həftələrlə aylarla çəkdiyi halda Carablusun cəmi bir günə İŞİD tərəfindən müqavimət olmadan geri alınması, hücum edənlər və Carablusdakı terrorçular arasında ciddi əlaqələrin olmasından xəbər verir.

 

Bu arada Carablus alındıqdan sonra Türkiyə ordusu və “Azad Suriya Ordusu” şəhərin cənubunda kürd bölmələrinin olduğu əl-Əmarinə kəndi istiqamətində irəliləyiblər.

 

Xatırladaq ki Türkiyə ordusu iki gün öncədən başlayaraq, Fərat Qalxanı əməliyyatı adı altında Suriyanın şimalında İŞİD-ə qarşı hücumlara başladığını elan etmişdi.

 

#Turkish #FSA forces reach central #Jarablus , "capture" #ISheadquarters - the city is completely deserted pic.twitter.com/su8ttCSmVB

— Syria Today (@todayinsyria) 24 августа 2016 г.

Türkiyə Ordusu və “Azad Suriya Ordusu”nun Hələbin şimalında sərhəddə yerləşən Carablus şəhərini İŞİD-ən geri almaq əməliyyatı cəmi bir gündən sonra nəticə verib və İŞİD heç bir müqavimət göstərmədən şəhəri tərk edib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap