header

 Hökumətin saxta referendum təbliğatı

Xalqı aldatmaq üçün bu dəfə də özünütənqid notlarını işə salıblar

Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan hakimiyyətinin xalqdan heç bir dəstəyi yoxdur. Sadəcə olaraq xalqın susqunluğu, ölkədə baş verənlərə biganə münasibəti hökumətin “xalq bizi dəstəkləyir” təbliğatı aparmasına imkan yaradır. Yəni “susmaq razılıq əlamətidir” prinsipindən çıxış edirlər. Amma reallıq budur ki, xalq hakimiyyəti sevdiyinə görə yox, dəyişikliklərə inamı itdiyinə görə susur. Hökumət də bu qənaətdən uzun illərdi bəhrələnməyə çalışır.

 

Amma reallıq budur ki, artıq ölkədə narazılıq kütləviləşir, susmağın təhlükədən sığortalamdığı aydın olur və hakimiyyətə qarşı nifrət böyüyür. Hamı başa düşür ki, bir qrup adamın milyarderə çevrilməsi üçün milyonlarla insan səfil vəziyyətə salınıb.

 

Hökumət də bu narazılığı görür və birinci dvalvasiyadan sonra start götürmüş “islahat aparırıq” təbliğatı da buna hesablanmışdı. Amma yenə də məlum oldu ki, hökumətin bu təbliğatı da, prezidentin sərəncamları, yaradılan yeni qurumlar, antiböhran tədbirləri görüntü xarakteri daşıyırmış. Məqsəd xalqın başının altına yastıq qoymaq, vaxt udmaq imiş.

 

Belə bir məqamda Konstitusiyaya “barmaq” edib mürtəce dəyişikliklərə start verdilər. Əlbəttə, cəmiyyət Referendum qərarını da ikrahla qarşıladı və hakimiyyətin növbəti oyunu kimi qiymətləndirdi. Məlum oldu ki, Konstitusiya dəyişikliyi ölkəni monarxiyaya sürükləməyə, hakimiyyəti qoruyub saxlamağa hesablanıb.

 

Bəli, Konstitusiya dəyişikliklərinin, bunun üçün Referendum keçirilməsinin xalqa və dövlətə heç bir faydası yoxdur. Indi hökumət cəmiyyəti növbəti dəfə aldatmağa start verib. Hər yerdə təbliğat aparırlar ki, Referendumdan sonra yeni mərhələ başlayacaq, ölkədə inkişaf fontan vuracaq, ədalətin təntənəsi başlayacaq. Bu təbliğatın legitimlik qazanması üçün də tənqidi notları işə salıblar.

 

Böyük bir təhlil yazısı yazılıb və dövlət strukturlarındakı çatışmazlıqları, islahatların gözlənilən effekti vermədiyini, Nazirlər Kabinetinin fəaliyyətindəki qüsurları tirajlayıblar. Bir neçə rejim eksperti də önə çıxıb bu təbliğata su səpir.

 

Sən demə, bu vaxta qədər dövlət strukturlarındakı qeyri-şəffaflığı, korrupsiyanı, islahatların effekt verməməsinin əsas səbəbi Konstitusiya imiş. Guya bu dəyişikliklərdən sonra vəziyyətin düzəlməsi zərurətə çevriləcək.

 

Ölkəni quberniyalara bölüblər, 120 milyard neft pulunu mənimsəyiblər, vətəndaşı bankların girovuna çeviriblər, xarici borcu 25 milyard dollara çatdırıblar, iqtisadiyyatı neftdən asılı vəziyyətə salıblar, təhsili, səhiyyəni şikəst ediblər, məhkəmələri oyuncaq quruma çeviriblər, diş çöpü istehsal etməyə belə sərişətləri çatmayıb, seçkiləri kobud şəkildə saxtalaşdırıblar, demokratik dünyayla münasibətləri korlayıblar və utanmadan bütün bunlara görə mövcud qanunları suçlayırlar.

 

Digər tərəfdən, sual meydana çıxır ki, Nazirlər Kabineti islahatların lokomativinə çevrilə bilməyibsə, sütün sahələrdə çatışmazlıqlar hökm sürübsə, “analoqsuz inkişaf” təbliğatı niyə aparılırdı? Niyə problemləri dilə gətirənlər, çatışmazlıqları göstərənlər şərlənərək həbs edildirdi, bu adamlara “ermənipərəst” damğası yapışdırılırdı? Niyə həqiqətləri deyənlər inkişafa xor baxmaqda günahlandırılırdı?

 

Göründüyü kimi, hökumət növbəti dəfə xalqın psixologiyasından istifadə edib, yalanlara boya vurmaqla məşğuldu. Düşünürlər ki, öz fəaliyyətlərinə tənqidi yanaşıb, xalqın bildiyi həqiqətləri etiraf etməklə inam qazanacaqlar. Yəni xalq bu qənaətə gələcək ki, uzun illər hökm sürən problemləri hakimiyyət görür və Referendumdan sonra problemlər həllini tapacaq.

 

Amma bu dəfə alınmayacaq. Çünki, hökumət Qarabağ məsələsindən tutmuş, iqtisadi məsələlərə qədər bütün məqamlarda xalqı aldatdı. Yekə-yekə vədlər verildi, qiymətlərin artmayacağı, manatın sabit qalacağı, kredit borclarının bağlanacağı söylənildi və nəticədə bütün bunların əksi oldu. Xalq görür ki, ölkənin fəlakətə sürükləndiyi bir vaxtda hökumət milyonları havaya sovurur. Müəllimə, həkimə, təqaüdçüyə 100-150 manat maaş verib, Nazirlər Kabinetinə 150 milyonluq bina tikirlər. Yəni xalq hökumətin antimilli mahiyyətindən, yalanlarla manipulyasiya etməsindən xəbərdardı.

 

Ona görə də hökumətin Konstitusiya dəyişiklikləri üzərində apardığı təbliğat əks-effekt verəcək. Referendum yalanlarını heç kim udmayacaq. Əgər korrupsiya və monopoliya qüvvədədirsə, heç bir qanun dəyişkliyi nəticəni dəyişə bilməz. Həm də qanunların oyuncağa çevrildiyi ölkədə yeni qanunlar heç nəyi dəyişmir.

 

Bu ölkədə dəyişikliyi, işıqlı sabahı yalnız xalq təmin edə bilər./azadlıq/

Xalqı aldatmaq üçün bu dəfə də özünütənqid notlarını işə salıblar
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap