Zərdüşt Əlizadə: “Terrorla Liviya, İraq, Suriya, Misiri dağıtdılar, növbə Türkiyəyə çatıb"
Posted on : qafqaz 10/16/2017 1:00:13 PM
Türkiyə son zamanlar terrorun əsas hədəfinə çevrilib. PKK, İŞİD qruplaşmaları müxtəlif yerlərdə terror hadisələri törədirlər. Bu günlərdə toyların birində törədilən terror hadisəsi 50 nəfərin insanın həyatına son qoydu.
Politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən
deyib ki, terrorun hədəfi Türkiyəni dağıtmaqdır: “Ümumiyyətlə terror müsəlman
dünyasını dağıtmağa xidmət edən bir siyasi alətdir. Terrorla Liviyanı, Tunisi,
Misiri, İraqı, Suriyanı dağıdırlar və bu gün növbə Türkiyənindir. Təbii ki, bu
olayları müsəlman dünyasının düşmənləri edir. Bu gün müsəlman dünyasının düşmənlərini
isə sadalamağa ehtiyac yoxdur. Hamı bilir ki, müsəlman dünyasını parçalayıb,
istismar edib, hökmranlıq etmək istəyənlər kimlərdir. Bu proseslərin qarşısını
yalnız müsəlman dünyasının demokratikləşməsi ala bilər. Bu yolla müsəlman
dünyası düşmənlərə qarşı səfərbər ola bilər. Təəssüflər olsun ki, müsəlman
dünyası rəhbərləri öz ətrafını, ciblərini, tayfalarının gələcəyini düşünür. Bu
gedişlə müsəlman dünyasının düşmənləri terror alətindən istifadə edərək bütün
müsəlman ölkələrini dağıtmaqda davam edəcəklər. Bu terror hadisələri geosiyasi qlobal mübarizənin təzahürüdür”.