header

 Azərbaycan xalqının Gülən və sionist cərəyanına bağlı mediyanın yalanlarına reaksiyası - Video

Yaxalanan Nardaran əzadarlarına mənsub edilmiş yalanlar haqqında asılı mediya tərəfindən saxtalaşdırmalar yayımlandıqdan sonra Azərbaycan xalqı bu ölkənin mediyasına etimad göstərmədiklərini açıqca bildirmişlər

Tashaio.com xəbər verir ki, Azərbaycan respublikasında dövlət amilləri tərəfindən həqiqətləri əksinə göstərməyin uzun keçmişi vardır. Onun qabarıq nümunəsi birinci Qarabağ müharibəsində və 90-cı onillikdə aydınca müşahidə olundu. O vaxt dostu düşmən, düşməni isə dost kimi təqdim etdilər. Hərçənd zaman keçdikcə və Azərbaycan generallarının etirafı ilə həqiqətlərin çoxu üzə çıxdı və yalançılar biabır oldular. 


Azərbaycan respublikasının bir çox sosial-siyasi həqiqətləri sərvət və qüdrət sahiblərinin tapşırığı ilə həmin mediya vasitəsilə əksinə, reallıqdan kənar şəkildə xalqa təqdim olunur ki, siyasətçilər xalqın hissiyatından istifadə edərək və ümumi fikri ələ alma vasitəsilə müxalifləri taptalasınlar. 


Mərhum Hacı Əli İkramovla yanaşma, onun şəxsiyyətinin təxrib edilməsi, hicab dustaqlarının silah və narkotik maddə daşımaqda ittiham etmək və s. bu ölkədə sionist amillərinin tapşırığı ilə həyata keçirilən təşəbbüslərin bariz nümunəsidir.


Bu kimi namərd təşəbbüslər həmin illər ərzində dəfələrlə olmuşdur. Nəhayət son vaxtlar Gülən və sionist cərəyanlarına bağlı bəzi informasiya vasitələri, o cümlədən Xəzər və BBC kanalları Nardaran əzadarları ilə əlaqədar hadisələri əks şəkildə inikas etdirməyə başladılar. 


Bu mediya Hüseyn əzadarlarının Nardarandakı hadisələrini inikas etdirməkdə heç bir fakt göstərmədən onları əcnəbi amili kimi qələmə verdilər. Terrorçuluqda ittiham etdilər. Hal bu ki, yaxalananlar son məhkəmə prosesində bu prosesi tənqid edərək işkəncə vasitəsilə etiraf alındığına işarə etdilər. Nardaran hadisəsinin dustaqlarının ailələri ötən gün təşkil etdikləri xəbər konfransında həmin mövzunu vurğulamışlar. Ailələr birdirmişlər ki, saxlanılan nardaranlılar təcridxanalarda işkəncəyə məruz qalmış, bəzilərini müstəntiqlər ölüm həddində boğmuşlar, cinsi təcavüz və edamla hədələmişlər. 


Qəsəbə əhalisindən birinin dediyinə görə məhrəmlərini cinsi təcavüzlə hədələmək bu ölkədə adi işkəncə metodlarından sayılır.  Dustaqların ailələri habelə vurğulamışlar ki, Bakı dövlətinin bir çox ittihamları işkəncə vasitəsilə qəbul etdirilir. 


Bu arada Azərbaycan əhalisi virtual məkanda müstəqil mediyalara müsahibə verərək həmin məhkəməyə işarə edir və Azərbaycan mediyasını etimad edilməz hesab edir və həqiqətləri əksinə göstərməkdə ittiham edirlər. Həmin vətəndaşlardan biri Xəzər kanalının yalanlarına işarə edərək onun anti-şiə Gülən cərəyanına bağlı olduğunu bildirmişdir. Onların, Nardaran dustaqlarını terrorçu göstərmək cəhdlərini bir plan hesab edir. Elədir! 


Xalq yaxşıca bilir ki, bu və bu kimi dəigər silah və narkotik ittihamları yalnız bəhanədir ki, rejim onların vasitəsiə azadxahları və həqiqi dindarları taptalayır və onları öz sosial və humanitar istəklərindən məhrum edir. 


Onlar bilmirlər ki, Allahın vədinə əsasən minlərlə şeytan və şeytan sifətlərin himayə etməsinə rəğmən batil getməli və həqiqət qələbə çalmalıdır.

Yaxalanan Nardaran əzadarlarına mənsub edilmiş yalanlar haqqında asılı mediya tərəfindən saxtalaşdırmalar yayımlandıqdan sonra Azərbaycan xalqı bu ölkənin mediyasına etimad göstərmədiklərini açıqca bildirmişlər
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap