header

 Məscidüləqsanın yandırılmasının ildönümü münasibətilə,

Məscid hələ də fitnə alovunda yanır+şəkil

Məscidüləqsanın sionistlər tərəfindən yandırılmasının ildönümü islam ümmətinə ilk qibləni xatırlatmağa imkan yaratmışdır. Müsəlmanlar bilməlidirlər ki, bu mübarək məscid azad ediləmədən heç bir azadlıq və istiqlaliyyət olmayacaqdır. Fələstin agentliyi beynəlxalq məscid günü və sionistlərin 21 avqust, 1969-cu ildə məscidüləqsanı yandırmalarının ildönümü münasibətilə (47-ci ildönümü) qısa bir qeyddə yazmışdır: bu mübarək məscidin yandırılmasının ildönümü müsəlmanlara ilk qibləni xatırlatmaq üçün imkan yaratmışdır. Məqalədə deyilir: islam ümməti bu mövzunu bilməlidir ki, islam ümməti, ərəb dünyası və Fələstin xalqının izzət, azadlıq və istiqlaliyyəti müsəlmanların ilk qiləsi və Peyğəmbərin merac məkanı azad edilmədən mümkün olmayacaqdır. Bu müqəddəs məscidin yandırılmasının ildönümü həm də iradə və maraqları gücləndirmək üçün əlverişli bir şəraitdir. Xatırlamalıyıq ki, məscidüləqsa Qüdsün və islam ümmətinin çırpınan ürəyidir. Onun azad edilməsi islam ümmətinin ən əsas və ən ilkin problemidir, hamımızın boynunda olan əmanətdir. Bu məscid 47 il bundan əvvəl işğal olunmuş əraziyə bir turist kimi gələn ekstremist avstraliyalı yəhudi Denis Maykl Yuhan tərəfindən yandırıldı. Bu od Səlahəddin Əyyubi adı ilə tanınan "Nurəddin Zəngi"yə aid tarixi minbərin saxlanıldığı binanı da yandırdı. Alov məscidüləqsanın mərkəzi müsəllası "Əlqibəli" camesini də bürüdü. Məscidüləqsanın yandırılmasının ildönümü bu mövzunu da xatırladır ki, işğalçı sionist rejimin əsas mqəsədi onu tamamilə məhv etmək və yerində ilk qiblənin didərginləri üçün mövhum və qondarma məbəd tikməkdir. Tarixi minbəri yandırmaqdan məqsəd isə onun məscidüləqsanın Xaç işğalçılarından azad edilmək nişanı olması idi.

Birinci qiblə hələ də sionistlərin cəhalət odunda yanmaqdadır

Həmin raporta əsasən bu məscidin yandırılmasından 47 il keçməsinə baxmayaraq hələ də sionist işğalçılarının cəhalət odunda yanır. Daha döğrusu sionistlər yalnız yandırma səhnəsini dəyişdirmişlər. Əlbəttə sionistlərin mübarək msəcidə qarşı hazırda törətdikləri cinayətlərin təhlükəsi yandırmaqdan az deyildir. Məscid hər gün qazıntılara, tunel vurmalara, yəhudiləşdirməyə, təhqirə, qırğınlara, gündəlik hücumlara məruz qalmaqdadır. Əslində 47 il əvvəl baş verən yandırma cinayəti bu gün də tam qüvvətlə davam edir. Yalnız onun növü və forması dəyişilib. Bütün bu cinayətlərin amili "işğalçı İsrail rejimi"dir. Qeyd etmək lazımdır ki, Məscidüləqsanın 1969-cu ildə yandırılması Avstraliyanın ekstremist turist yəhudisi Denis Maykl Yuhan tərəfindən həyata keçirilmişdir. Sionist hərbiçiləri onu saxlasalar da dəli olduğunu iddia edib Avstraliyaya deportasiya etdilər. O isə hələ də heç bir dəlilik büruzə vermədən həmin ölkədə yaşayır.

 

Məscid hələ də fitnə alovunda yanır+şəkil
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap