header

 ABŞ-da Ərəbistan səfirliyi önündə aksiya - Foto və Video

Bir qrup hüquq fəalı Ərəbistan və müttəfiqlərinin Yəmənə hücumlarını pisləmək istiqamətində bu ölkənin Vaşinqtondakı səfirliyi qarşısına toplaşıb və Vaşinqtonun Ər-Riyada dəstəyinin dayandırılmasını tələb edib.

Əl-Məyadin telekanalının məlumatına görə, bir qrup insan haqları fəalı Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi önündə etiraz xarakterli aksiya keçirib və Yəmən əleyhinə müharibəni pisləyib.

 

Etirazçılar bildiriblər ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya yalnız Yəmən vətəndaşları və infrastrukturlarını hədəf alır. Aksiya iştirakçıları Amerika hökumətinin 1,5 milyard dollar dəyərində olan Səudiyyə Ərəbistanı ilə silah müqaviləsini dayandırmasını istəyiblər.

 

Etirazçılar həmçinin Barak Obama hökumətinin Yəmən əleyhinə müharibədə Səudiyyə Ərəbistanına hərbi dəstəyinə görə, Yəməndəki xarabalıq və viranəlikdə məsuliyyət daşıdığını bildiriblər.

 

Yəmənli fəal Bəşri əl-Bəsil deyib: Biz bura gəlmişik ki, Yəmən əleyhinə davam edən müharibəni pisləyək. Yəməndə çoxlu sayda insan qətlə yetirilib. İndiyə qədər onların sayı 10 min nəfəri keçmişdir. Həlak olanların əksəriyyəti uşaq və qadınlardır. Onlar məktəblər və xəstəxanaları bombalayırlar və heç nəyi və heç bir partiyaya bağlı olmayan vətəndaşları hədəf alırlar. Mən bir yəmənli olaraq Yəmən xalqına qarşı cinayətin dayandırılmasının zəruriliyini tələb edirəm.

 

Amerikalı insan haqları fəalı Maykl Pier də deyib: Səudiyyə Ərəbistanı və ABŞ vətəndaş müharibələri yaradırlar. Biz hərbi həll yolu deyil, sülh müzakirələrini tələb edirik. Amerika yaxşı Yaxın Şərqin mövcud olması üçün Səudiyyə Ərəbistanı rejiminə olan dəstəyini dayandırmalıdır.

Bir qrup hüquq fəalı Ərəbistan və müttəfiqlərinin Yəmənə hücumlarını pisləmək istiqamətində bu ölkənin Vaşinqtondakı səfirliyi qarşısına toplaşıb və Vaşinqtonun Ər-Riyada dəstəyinin dayandırılmasını tələb edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap