4 günlük müharibə erməniləri bu səviyyədə qorxudub
Posted on : qafqaz 10/16/2017 1:00:13 PM
Azərbaycanın işğal aıtnda olan Qarabağ bölgəsində yaşayan ermənilər uşaqlarını yerli məktəblərdən kütləvi şəkildə çıxardaraq, Ermənistandakı təhsil müəssisələrinə köçürürlər.
Bu barədə yerli
"Johovud" qəzeti yazıb.
Məlumatda
bildirilir ki, son 3 ayda Qarabağdan yüzlərlə şagird çıxarılıb. Xüsusilə də ən
çox şagird Ağdərə rayonundan köçürülür.
Qəzet Ermənistanın
Təhsil Nazirliyinə müraciət edərək, qurumdan yaranmış vəziyyətə aydınlıq gətirməsini
istəyib.
Nazirliyin mətbuat
xidmətində isə bildiriblər ki, Qarabağda baş vermiş 4 günlük müharibə nəticəsində
bir neçə ailə tədris prosesini pozmamaq məqsədilə Ermənistana köçdüyü üçün
onların uşaqlarına bölgələrdəki təhsil müəssələrində yer ayırılıb. Həmçinin
qurumdan qeyd ediblər ki, narahatçılığa heç bir əsas yoxdur.
Lakin
"Johovud" qəzeti bu açıqlamaya əhəmiyyət verməyərək bildirir ki, ermənilər
hərbi əməliyyatların təkrarlanmasından qorduğu üçün öz uşaqlarını Qarabağdan
uzaqlaşdırmağa çalışırlar. /Faktxeber