Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə 2016-cı il “Multikulturalizm ili” çərçivəsində “Media və din” mövzusunda
konfrans keçirilib.
Belə ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov,
millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və sair
ünsürlərlə yanaşı NURÇU millət vəkili Fazil Mustafa da iştirak edib.
Allahın dinini təhrif edən və siyasəti İslamdan ayıran Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın “əhəmiyyətindən”
bəhs edərək bildirib ki, bu gün dini mövzuda yazan kifayət qədər jurnalist var.
Lakin jurnalistlər bu yönümlü yazıları hazırlayarkən dindən “sui-istifadə”,
“dini siyasiləşdirməyə” cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana
gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı və bu mövzuya həssaslıqla
yanaşmalıdırlar. O qeyd edib ki, hazırlanan yazılarda xalqın dini inancı ilə
bağlı daxili senzuraya riayət edilməlidir…
Nurçuların Bakıdakı “imamı” millət vəkili Fazil Mustafa
konfransın keçirilməsinin əhəmiyyətindən bəhs edərək dini mövzuda yazmağın
vicdanla, insani duyğularla bağlı məsələ olduğunu deyib. O, jurnalistlər
arasında bu sahədə ixtisaslaşmanın aparılmasının vacibliyindən bəhs edib.
Konfransda azğın “bəhai” sektasını təmsil edən Nəriman
Qasımoğlu isə “Dinlərdə multikultural dəyərlər və onun mediada təbliği”
mövzularında çıxış ediblər.