Amerikada polis əməkdaşı lal-kar sürücünü güllələyib
Posted on : qafqaz 10/16/2017 1:00:13 PM
Amerikada polis əməkdaşı lal-kar sürücünü güllələyib.
"Report"un məlumatına görə, bu barədə
"WCNC" telekanalı xəbər yayıb.
Məlumata görə, hadisə Şimali Karolina ştatında baş verib.
Hadisə polis patrulunun şoseni sürəti keçən "Volvo" avtomobili
dayandırmaq istəməsi zamanı baş verib. Sürücü Deniel Harris polis avtomobilinin
sirenasını eşitməyib. Onun avtomobilin təqibi zamanı iki maşın toqquşub. Bundan
sonra Harris maşından düşüb və işarələrlə polisi başa salmağa çalışıb. Polis isə
ona atəş açıb.
Şahidlərin sözlərinə görə, on saniyədən sonra atəş səsi
eşidilib.
Amerika KİV-in məlumatına görə, polis tərəfindən öldürülən
Harrisin 29 yaşı olub.