AİP Cəbrayıl və Füzulinin işğalı ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib
Posted on : qafqaz 10/16/2017 1:00:13 PM
Azərbaycan İslam Partiyasının (AİP) üzvləri Cəbrayıl və Füzuli rayonlarının işğal günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər
Onlar şəhidlərin
məzarlarını ziyarət edib, "Əbədi məşəl” abidəsinin önündə toplaşıblar.
Partiyanın sədr
əvəzi Hacı İlham Əliyev çıxış edərək bildirib ki, bu gün Azərbaycan tarixinn ən
ağrılı acılı günləri olmaqla yanaşı, çox mühüm və əhəmiyyətli bir gündür. Şəhidlərin
məqamlarının islamda əvəzedilməz və uca olduğunu söyləyən Hacı İlham Əliyev, “şəhidlərin
qanı heç vaxt solmur və bütün rənglər dəyişsə də şəhid qanının rəngi heç zaman
dəyişmir. Məhz şəhidlərimizin də əziz xatirəsi öz növbəsində o cür ruhiyyəyə və
imana sahib vətənpərvər insanların sayəsində yaşadılır”, - deyə bildirdi:
“Şəhidlərimiz
boyunlarında olan müqəddəs vəzifələrini yerinə yetirərək vətən və dəyərlərimiz
uğrunda öz canlarını fəda etdilər. Bizim isə bunların müqabilində vəzifəmiz
torpaqlarımızın işğal altında qaldığı 20 il ərzində ərsəyə gəlmiş yeni nəsili
maarifləndirmək və şəhidlərimizi, onların uğrunda fəda olduqları dəyərləri
çatdırmaqdır. Gənclərimizin qəlbində vətənə və şəhadətə olan sevginin
aşılanması üçün əlimizdən gələni etməliyik. Dünyanın heç bir yerində görsənməyib
ki, qan tökülərək işğal edilən torpaqlar, sülh yolu ilə geri qaytarılsın. Qanla
əldən gedən torpaqlar, mütləqdir ki, qanla geri alınmalıdır. Buna görə də biz
öz cavanlarımızı vətən uğrunda canından və qanından keçmək ruhiyyəsində böyütməliyik.
İnsanlar o ruhiyyə ilə yaşamalıdırlar ki, lazımı məqamda vətən uğrunda canından
keçməyi bacarsınlar.”