header

 Xristian, vahabi və sionist dövlətləri İran, Azərbaycan respublikası, Rusiya vasitəsilə yaranan şimal-cənub dəhlizindən xətər duymuşlar

Sionist rejimi və Ərəbistanın Azərbaycan respublikasına müdaxiləsinin artması

Rusiya, İran və Azərbaycan respublikası rəhbərlərinin Bakıda keçirilmiş son iclası xüsusi əhəmiyyətə malikdir. Buna görə də əcnəbi mediyalar və xüsusilə İsrail və Ərəbistan mediyası bu iclası xüsusi izləmişlər. Qərb, Ərəb və sionist mediyaların təhlilindən bəlli olur ki, onlar iki mövzudan nigərandırlar:

 a) Azərbaycan respublikasının İran və Rusiyaya məntiqi yaxınlaşmasından, 

b) şimal-cənub dəhlizi layihəsinin yaradılmasına dair razılıqdan. Burada həmin informasiya vasitələrindən verilmiş neçə xəbərə diqqət yetiririk: İtalian saytı "farin offers" bu layihədə Azərbaycan respublikasının mənafeyini nəzərə almadan şimal – cənub dəhlizi razılığını Rusiyanın güclənməsi hesab edərək Azərbaycan respublikasının əməkdaşlıq etməməsini istəmişdir. ABŞ stratfor araşdırmalar mərkəzi də bir raportda şimal- cənub dəhlizinin yaranmasından nigərançılığını bildirərək yazmışdır: " ABŞ Azərbaycan respublikasının Rusiya və İranla əlaqələrinin sıxlaşmasına mane olmalıdır". Sionist mediyalarının bu mövzuya verdikləri reaksiya da diqqətçəkicidir. NRG sionist saytı Azərbaycan respublikası, İran və Rusiyanın razılaşmasından nigəran olduqlarını bildirərək yazmışdır: "üç ölkə 7200 kilometrlik məsafəni ehtiva edən və Suez kanalı ilə rəqabət etmə qabiliyyətinə malik olan yeni regional dəhlizin yaranması haqda razılığa yetişmişlər. Belə bir tranzit xətti yaranarsa İran Rusiya, mərkəzi Asiya, Hindistan, Avropa və cənubi Asiya arasında ticarət yolları yaranacaq ki, Suez kanalı ilə müqayisədə əmtəə ixracının həm xərci, həm də zamanı azalacaqdır.  Belə bir təşəbbüsün əhəmiyyəti İran, Rusiya və Azərbaycan ölkələrinin manovr qüdrətinin artması nəticələrində S. Ərəbistanı, Misir və İsrailin təsirə məruz qalması baş verəcəkdir. Belə bir əlaqə xəttindən yalnız Rusiya üçün əldə edilən gəlir zö növbəsində çox əhəmiyyətli olacaqdır. Artıq İran və Azərbaycan respublikası ilə daha güclü münasibəti düşünən Kreml Əsədin Suriyadakı mövqeyinin daha da möhkəmlənməsi fikrində olacaqdır ki, Tehranı da dəhliz planında iştiraka rəğbətləndirsin. Moskva- Tehran əlaqəsi, nəticə etibarı ilə isə Əsədin siyasi qdrətinin çoxalması və bu prosesdə Azərbaycan respublikasının rolunun artması ilə Orşəlimin qarşısında yeni problemlərin yaranması Azərbaycan – İsrail əlaqəsini sınağa məruz qoyur. Azərbaycan respublikası öz müstəqilliyini əldə etdikdən etibarən, Heydər Əliyevin və öğlu İlham Əliyevin 2003-cü ildən başlanan rəhbərliyi altında İsraillə sıx iqtisadi və siyasi əlaqədə olmuşdur". Sayt öz məqaləsinin sonunda bu rejimin Xəzər sahillərindəki təhlükəsizlik məmurlarına və Azərbaycan respublikası ərazisindən İrana qarşı təxribatlarına işarə edərək yazır: "İsraillə Azərbaycan respublikası arasında sıx əlaqənin mövcudluğu Tehran-Bakı əlaqələrində müəyyən problemlərə səbəb olmuşdur: 2012-ci ildə İran iddia etdi ki, sionist amilləri iki ölkənin əlaqələrini təxrib etməyə çalışır. Buna görə də səfirini Azərbaycandan geri çağırdı. Azərbaycan-İran əlaqələrini bərpa etmə səyləri Urşəlimin xeyrinə qurtarmayacaq və belə bir qənaətə gəlmək olar ki, İsrail belə bir dəyişikliyin ehtimali xərclərini yoxlayacaq".

Qərb sionist müdaxilələrinin davamında Ərəbistanın dövlət saytı da Azərbaycan respublikasının daxili işlərinə müdaxilə edərək tövsiyə edir ki, bu ölkənin rəsmiləri Rusiya və İranın Azərbaycana ayaq açmasına yol verməməlidir. Sayt davam etdirir: Azərbaycan cari ilin əvvəllərində yaranmış imkandan layiqincə istifadə edib Azərbaycan respublikası, Rusiya və İran prezidentlərinin Bakı görüşünü təşkil etməklə öz qabiliyyətini nümayiş etdirdi. Görüşün ənənəvi proqramları terrorçuluğa qarşı mübarizə, Qrabağ problemi və Xəzərin statusu olsa da bu dəfə Qarabağ deyil şimal – cənub dəhlizi müzakirə mövzusunun başında dururdu.

Sionist rejimi və Ərəbistanın Azərbaycan respublikasına müdaxiləsinin artması
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap