header

 Yəmən ordusundan Ərəbistan muzdlularına ağır zərbə

Yəmən ordusu ölkənin müxtəlif məntəqələrində Ərəbistan muzdlularına ağır zərbələr endirib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Ərəbistanın başçılıq etdiyi koalisiyanın qırıcı-bombardmançı təyyarələri Yəmənin müxtəlif məntəqələrinə olan hücumlarını davam etdirərək, sivil infrastrukturları, yolları, körpüləri və yaşayış massivlərini bombalayırlar. Yəmən ordusu və xalq qüvvələri isə müxtəlif istiqamətlərdən irəliləməyə çalışan Ərəbistan muzdlularının önünü kəsərək, onları geri çəkilməyə məcbur ediblər. Bu əməliyyatlar zamanı çoxlu sayda muzdlu öldürülüb. Yəmən ordusunun snayperləri də Nəcran məntəqəsində bir qrup Ərəbistan hərbçisini hədəfə alıb.

 

Ərəbistanın Yəmənə olan hücumları davam edir. Ərəbistan qırıcıları Yəmənin müxtəlif məntəqələrində sivil əhalini hədəfə alırlar. Təiz şəhərində yaşayış binaları tamamilə dağıdılıb. Əlhədidə və Əlnəhəm şəhərləri də Ərəbistan qırıcılarının aramsız hücumlarının şahididir. İb və Təiz əyalətləri arasındakı əlaqə körpüsü olan Əlcəda körpüsü də dağıdılıb. Ərəbistan qırıcıları Əlcəvf əyalətində, Mətmə şəhərində mülki əhalini və sivil avtomobilləri  hədəfə alırlar. xeyli sayda mülkinin öldüyü və yaralandığı bildirilir.

 

Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələri Səna əyalətində, Əlnəhəm şəhərinə doğru irəliləməyə çalışan Ərəbistan muzdlularının önünü kəsərək, onlara ağır xəsarətlər vurublar. Əlmələh məntəqəsində isə muzdluların bir hərbi maşını məhv edilib.

 

İŞİD terror qruplaşmasının nümayəndəsi Əbu Müslüm Əlcəzayiri isə Təizdə gedən döyüşlərdə öldürülüb. O, Yəməndəki terrorçuları birləşdirmək və mütəşəkkil terror şəbəkəsi yaratmaq üçün Yəmənə göndərilmişdi. Əbu Müslüm Əlcəzayiri Təizin qərbində yəmənli qüvvələrin hücumları zamanı müavini Əbu Təlhə Əl-Muritani  və 6 cangündəni ilə birlikdə öldürülüb. Yəmənli qüvvələrin Təizdə həyata keçirdikləri hücumlar zamanı bir qrup muzdlu ölüb və yaralanıb.

 

Yəmənin Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ordu qüvvələri Əlcəvf əyalətində, Səbrin məntəqəsi istiqamətində irəliləyirlər. Yəməndə xalq komitələrinin üzvlərindən biri bu barədə deyir: "Əlğərab dağını muzdlulardan təmizləmişik və Allahın köməkliyi ilə Təiz şəhəri tezliklə tamamilə muzdlulardan təmizlənəcək.

 

Xalq komitələrinin üzvlərindən olan bir başqası da deyir: Biz Səbrin dağına doğru hərəkət edərək, düşmənləri bu məntəqədən qovduq. Daha sonra Əlzəbə məntəqəsinə daxil olduq. Bu məntəqədə düşmənin bir zirehli maşınını yandırdıq.

 

Əl-Aləm kanalının müxbiri isə deyir: "Ərəbistan ərazisində gedən döyüşlərdə isə yəmənli snayperlər Ərəbistanın 2 hərbçisini hədəfə alıblar. Həmçinin, onların 2 zirehli maşınını  yandırıblar. Şərəfə məntəqəsinin şərqində  yelrəşən Şəbəkə hərbi bazasını da hədəfə alıblar. Həmçinin, Yəmən ordusunun raket bölməsi Ərəbistanın Nəcran məntəqəsindəki hərbi bazalarından birini Zilzal-3 ballistik raketi ilə hədəfə alıb.

Yəmən ordusu ölkənin müxtəlif məntəqələrində Ərəbistan muzdlularına ağır zərbələr endirib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap